SON DƏQİQƏ

Koronavirusa yoluxma hansı rayonda çoxdur?

Tarix:

9-05-2020, 17:30

/ 2 107 dəfə oxundu.
Koronavirusa yoluxma hansı rayonda çoxdur?

Koronavirusa yoluxma halları Bakıda 47,5, Gəncə-Qazax regionunda 13,5, Aran regionunda 10, 2, Lənkəran regionunda 9,4 faiz qeydə alınıb.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xaricdən gələnlərin yoluxmada payı 9,1 faiz təşkil edib.

"Bakıda ən çox yoluxma Yasamal və Nəsimi rayonlarında qeydə alınıb. Yoluxanların və vəfat edənlərin yaş qrupları arasında ciddi dəyişiklik yoxdur”, - o bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ