SON DƏQİQƏ
» » Vəfat edənlərin yaxınlarına pul verilib, koronavirusdan öldü yazılır? - RƏSMİ AÇIQLAMA

Vəfat edənlərin yaxınlarına pul verilib, koronavirusdan öldü yazılır? - RƏSMİ AÇIQLAMA

Tarix:

25-04-2020, 14:23

/ 2 086 dəfə oxundu.
Vəfat edənlərin yaxınlarına pul verilib, koronavirusdan öldü yazılır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə müxtəlif xəstəlikdən ölən şəxslərin yaxınlarına pul verildiyi və əvəzində onların razılığı ilə yaxınlarının koronavirusa yoluxma diaqnozundan öldüyünün qeydə alındığı barədə iddialar yayılıb.

Nazirlər Kabineti yanında operativ qərargahın dünən keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu məsələ barədə açıqlama verərək deyib ki, bu məlumatlar tamamilə yanlışdır.

"Belə mənbələrə qətiyyən inanmayın. Bu cür əsassız məlumatlara kimsə güvənməsin. Operativ qərargahın məlumatlarını əsas mənbə kimi qəbul edin. Tam tərsinə, o cür məlumat yayanlarla da mübarizə aparmaq lazımdır”.

скачать dle 12.1

Şərhlər