
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtın Nizami küçəsinin (Tarqovı) yenidən bağlanması ilə bağlı yayılan məlumata münasibət bildirib. İdarənin Mətbuat Xidmətindən bildirilib ki, hazırda polis tərəfindən Nizami küçəsində hərəkətə hər hansı məhdudiyyətlər tətbiq olunmur. "Sosial şəbəkələrdə küçənin bağlanılması ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir", - BŞBPİ-nin məlumatında qeyd olunub.