SON DƏQİQƏ

Bakı polisindən koronavirus açıqlaması

Tarix:

28-02-2020, 15:48

/ 2 076 dəfə oxundu.
Bakı polisindən koronavirus açıqlaması

Koronavirusunun yayılmasının qarşısının alınması üçün yaşayış evlərinə naməlum şəxslərin daxil olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar tərəfimizdən tam və hərtərəfli araşdırılıb.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, yayılan məlumatlar təsdiqini tapmayıb.

Xidmət rəisi əlavə edib ki, bu və ya digər formada paytaxtın polis orqanlarına şəhər sakinləri tərəfindən hər hansı müracət daxil olmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ