SON DƏQİQƏ
» » Ağdam şəhərinə növbəti köç yola salındı - FOTO

Ağdam şəhərinə növbəti köç yola salındı - FOTO

Tarix:

17-02-2026, 08:39

/ 3 326 dəfə oxundu.
Ağdam şəhərinə növbəti köç yola salındı - FOTO

Bu gün Ağdam şəhərinə növbəti köç yola salınıb.
GunAz.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 419 nəfərdən ibrət 120 ailə köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
скачать dle 12.1

Şərhlər