SON DƏQİQƏ
» » Türkay Cəfərli: "Aktyorluq mənim özümdür..." - MÜSAHİBƏ

Türkay Cəfərli: "Aktyorluq mənim özümdür..." - MÜSAHİBƏ

Tarix:

17-04-2018, 22:18

/ 14 468 dəfə oxundu.
Türkay Cəfərli: "Aktyorluq mənim özümdür..." - MÜSAHİBƏ

Gənclərin  izi ilə.

 

Türkay  Cəfərli   05.11.1990 -cı ildə  Bakı  şəhərində  dünayay  göz  açıb. Azərbaycan  Mədəniyyət  və  İncəsənət  Universitetinin  teatr  və  kino  aktyoru  fakultəsinin  məzunudur. İstedadlı  gənc  aktyor  birçox  seriallarda, filmlərdə  uğurlu  işlərə  imza  atıb  və  bu  günə  kimidə  uğurlu  işlərə nail  olmaqda  davam  edir.  T.Cəfərli   səmimi  açıqlamaları ilə  Gunaz.az –ın  həmsöhbəti  oldu.

 

Türkay  bəy,  aktyorluq  sənətiniz  necə  başladı?

Aktyorluq  sənətinə  həvəsim  10-12 yaşlarımdan  yarandı.  Rasim  Balayevin  filmlərini   maraqla izləyirdim,  onu  izlərkən   deyirdim ki, “Məndə  aktyor  olmalıyam”,  zaman-zaman  içimdəki  enerjini,  istəyi,  həvəsi  hiss  etdim sonrada  “Niyə də olmasın”  dedim və  arzumun  arxasıyca  getdim.

 

Oynadığınız  obrazlardan  hansı  sizə  yaxındır?

Əslində  heç  biri, bilirsiz  niyə? Çünki canlandırdığım  obrazlarda   məndə  olan  və  olmayan   xüsusiyyətlər  var. Oynadığım  bir  obrazda  dindaram,  digərində  manyakam,  başqa  bir  rolda  tamamilə  yaxşı  insanam  amma  bu,  o  demək  deyil  ki,  mən  həyatda  yaxşı  insanam. Mənə  elə  gəlir  ki,  obrazların  birçoxunda  özümü tapa  bilmərəm.

 

 

 

“Lal yuxu” serialında  Ayxan  obrazında  rol  almısız. Necə  oldu, seriala  təklif  aldız?

Çox  maraqlı  sualdır. “Lal yuxu” serialına  qədər  üç  seriala  təklifim var  idi,  sonra  bu  işlə bağlı   zəng  gəldi, gedib  ssenari ilə  tanış  oldum  və  çox  maraqlı  gəldi  persanaj  mənə. Bilmirəm  niyə,  amma   mənfi  obrazlar  məndə  daha  çox  maraq  doğurur. İlk  başda  söylədilər ki, müsbət  obrazı  canlandırım, çünki  gözlərimdə  yaxşılıq  var, lakin  sonda qərara  gəldilər ki, mənfi  obrazı  oynayım və kütləni  aldada  bilim.

 

Serialda  öz  obrazınızdan  başqa  sizə  təsir  edən  obraz  hansıdır?

Mənə  ən  çox  təsir  edən  Aylinin  rəfiqəsi  Nilüfərin (Təranə Əliyeva)  obrazıdır. Ayxanı  bir zamanlar  çox  sevmiş  lakin  onun  ədəbaz  həyatını bildikdən  sonra  böyük  xəyal  qırıxlığına  uğrayaraq  anlayıb  ki, sevdiyi  insan  normal  insan  deyil. Həmin  persanaja  çox  üzülürəm.

 

Ailənizdən  və  dostlarınızdan  rollarınız  haqqında  nə  fikirlər  alırsız?

Çox  müsbət  fikirlər  alıram,  ancaq  hər  kəsin  məni  bəyənmək  kimi  bir  istəyi  ola  bilməz. İnsanlar  müəyyən hissəyə  bölünür:  video blogger  sevən  var, komediya  aktyoru  sevən var, dramatik  aktyoru  sevən var  və  məni də sevən insanlar  bəyənir.

 

 

 

Aktyorluq  sizin  üçün  nədir?

Aktyorluq  mənim  özümdür, aktyorluq  mənə  zövq  verir. Evə  səhərə  yaxın  yorğun gəlsəmdə, o işin  yorğunluğu  belə  mənə  xoşdur çünki  sevdiyim  işdir. Baxmayaraq  ki, bu  ölkədə  çətindir  bu  sahədə  çalışmaq  ancaq  nə  qədər  şikayət  etsəndə, əgər  o  işlə  ürəyin  döyünürsə  başqa  seçimin  yoxdur.

 

Film, teatr və  serial... Çoxmu  fərqlidir  bu  üç  sahədə  aktyorluq?

Bəli, təbii ki. Mənim  üçün  ən  sevimli  filmdir, film  aktyoru  olmaqdır, mənə  zövq  verən  filmdir,  vaxt  məhdüdiyyəti  yoxdur və  zövqlə  çalışa  bilirsən. Bilirsiz, serial   bir  növ  qazanc  məqsədidir, teatr isə  aktyorların  ikinci  evidir  amma  indi ki,  dövürdə  teatrda  elə  insanlar  çalışır ki,  aktyorluq  sənətindən  anlamır, qabiliyyəti  yoxdur  ancaq  ona- buna  qardaş  deyə-deyə  gəlib  aktyor  olur. Mən  bunu  edə  bilmərəm, əgər  məni  kimsə  istəyirsə  dəvət  edəcək  məndə  canla-başla  gedib  çalışacam  teatrda.

 

Hansı janrda  çalışmaq  istərdiz, bununla  bağlı  bir  xəyalınız  var?

Ən  böyük  xəyalım  tarixi  obrazı  canlandırmaqdır.

 

Sevənlərinizə  buradan  nə  demək  istərdiz?

Sevənlərimə  minnətdaram, çox  sağolsunlar,  dəyər  verdikləri  üçün. Yaxşı  filmlər, yaxşı  işlər  inşallah  olacaq,  gözləyin.

 

Çox  sağ olun, Türkay  bəy.

Siz  sağ olun, Səidə xanım.

 

Səidə Seyidova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ