SON DƏQİQƏ
» » Tural Ələkbərov: "Ən böyük məqsəd insanlığa tərəf olmalıdır"-MÜSAHİBƏ

Tural Ələkbərov: "Ən böyük məqsəd insanlığa tərəf olmalıdır"-MÜSAHİBƏ

Tarix:

27-02-2018, 12:51

/ 4 734 dəfə oxundu.
Tural Ələkbərov: "Ən böyük məqsəd insanlığa tərəf olmalıdır"-MÜSAHİBƏ

Gənclərin  izi  ilə.

Tural Ələkbərov  19.02.1992 –ci  ildə  İmişli  rayonunda  ailənin  kiçik  övladı  olaraq  dünyaya  göz  açıb. Uşaqlıqdan  aktyorluq  sənətinə  yaranan  həvəsi  zaman-zaman  ən  böyük  arzusuna  çevirilir  və  bu  arzu  Tural bəyi  Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət  Universitetin rejissorluq bölmünə qədər  aparır. İstedadlı  gənc  aktyor, iş  kariyerasında  uğurlu  işlərə  imza  atmaqla  yanaşı  moda təşkilatçılığında  da  özünü  doğruldaraq  fəaliyyət  göstərməkdədir.

“Cehizsiz  Gəlinlər”  serialında  Elşən  obrazı  ilə bir  çoxlarına  tanışsız. Bu  serialda  bir  çox  tanınmış  və  dəyərli  sənətkarlarla  birlikdə  sizi  gördük  və  iş  kariyeranızda  böyük  uğur  olduğunu  deyə  bilərik,  amma  gələcəkdə  hansısa   sənətkarımızla  bir  səhnəni  bölüşmək  istəyiniz  varmı?

-“Cehizsiz  Gəlinlər”  serialında  çox  gözəl,  dəyərli,  yetərincə  təcrübəli  aktyor və aktrisalarımızla  çalışmışam. Baxmayaraq  ki,  seriala  gələndə  o  qədərdə  təcrübəm  yox  idi. Bir  ailənin   yaşadıqlarından  bəhs  edirdi. Cəmilə Tağızadə ( Hicran), Günay Əhməd (Qəmər), Rumiyyə  Ağayeva (Zülfiyyə), Nuray Rəhman (Gülay)  və mən  olmaqla  əsasən  gənclər  təşkil  edirdi. Başqa  ab-hava  vardı,  çox  başqa rejissorluq  və yanaşma  var  idi. Sizin  gördüyünüz  bütün  səhnələr  realdı. Sanki  həqiqətən  bu  ailə  mövcuddur  və  orada  yaşananları  həyatda  yaşayırdıq. Gələcək  zaman  üçün  təbii  ki,  böyük  addımlar  atmaq  istərəm,  nəyin  ki,  yerli  lahiyələr  hətda   beynəlxalq  lahiyələrdə  də  aktyor  kimi  çıxış  etmək  istiyirəm. Xarici  teatr  festivallarında  dəfələrlə  iştirak  etmişəm.  Ən  çox  istəyimdə  odur  ki,  avropada  təşkil  olunan  teatr  festivallarına  öz  kollektivimlə  qatılam. Biraz  başqa  dünyanın  təcrübəsini  görək,  oradakı  insanları  tanıyaq,  çünki  hər  bir  şeydən,  hər  kiçik  şeydən  öyrənərək  təcrübə  qazanmaq  mütləqdir.

Bu  günə  kimi  hansı  obrazlara  həyat  vermisiz?

-“Cehizsiz  Gəlinlər”,   “İmtahan”   seriallarında  Elşən  və  Ceyhun  obrazlarını  canlandırmışam.  İlk  uğurum  10  yaşımda,  teatr  dərnəyində  Abdullah  Şaiqin  “İddializim  və  İnsanlıq”  əsərinə  tamaşa  qurulmuşdu,  məndə   həmin  tamaşada  İddializimliyi  oynuyurdum. İlk  canlandırdığım  obraz  o,  olub  və  həmin  obrazdan  sonra  universitet  vaxtlarında  müxtəlif  əsərlərdə  rollarım  olub. Bu  aktyor  üçün  tükənməz  bir  hissdir,  yenədə  yaratmaq,   obrazlara  həyat  vermək  istəyirəm.

Tural Ələkbərov: "Ən böyük məqsəd insanlığa tərəf olmalıdır"-MÜSAHİBƏ

 

Hədəflərinizdən  və  xəyallarınızdan  danışa  bilərsiz?

- Hədəflərim  və  xəyallarım... (düşünür). Bu  sualı  heç  zaman  mənə  verməmişdilər.  Deyirlər   gərək  bu  həyatda  insanın  məqsədi  olsun,  məncə  insanın  ən  böyük  məqsədi  insanlığa  tərəf  olmalıdır, qarşılarına  nə  qədər  məqsəd  qoyurlarsa,  qoyusunlar. Heç  zaman  insanlıq  məqsədlərini  unutmamalıdırlar. Xəyallarım  çox  genişdir  lakin  insan  zamanla  anlıyır ki, bunlar  yalnız  xəyal  olaraq  qalacaq  amma  bəzən  başqa  cürdə olur,  hal-hazırda  gəldiyim  yerlər,  bir  zamanlar  uşaqlıq  xəyallarım  olub  və  bunlar  mənim  üçün  çox  uzaq  idi,  lakin  bu  xəyallarım    gerçək  olub  və  “Belə də  olarmış”  deyərək,  özümdə  təccüb  etmişəm. Buna  görədə  ümidimi  kəsmirəm  xəyallardan,  ola  bilsin  ki,  hansısa xəyallarım  nə  vaxtsa  həyata  keçsin.

Tural Ələkbərov: "Ən böyük məqsəd insanlığa tərəf olmalıdır"-MÜSAHİBƏ

 

Ən  böyük  dəstəkçiniz  və  əngəl  olmaq  istəyənlər yəqin ki, mütləq olmuşdur . Kimlər  dəstək,  kimlər  əngəl  oldu?

- Bu  yolda   çox  çətinliklər  görmüşəm.  Məsləhət  alıram  amma  çox  zaman  öz  düşüncələrimlə  hərəkət  edən  insanam. Hər  kəsdən  fikir  alaram, məsləhətlərini  dinləyərəm  lakin  düşüncələrimlə  üst-üstə  düşməyən  fikirə  “Hə”  demərəm.  Sizə  səmimi  deyim  ki,   qarşı  çıxanlar,  arxamca  danışan  insanlar  çox  olub. Bunları  özümə  çatdırıblar, kimlərsə  arxamca  bu  işləri  görür,  amma  onların  üzünə  etdiklərini vurmamışam .  Sadəcə  gülürəm,  münasibətlərimi  kəsmirəm,  dostluğumuza da  davam  etdirirəm. Demək  ki,  bu  həyatda  nələrsə   edə  bilmişəm  ki, həmin  insanlarda  arxamca  iş  görürlər, nələrsə  danışırlar. Bu  təbii  haldır.

Tural  bəyin, dünyası... Biraz  danışa  bilərsiz?

- Tural  bəyin, dünyası...(düşünür).  Kifayət  qədər  maraqlı  sualdır. Mən, daima  başqalarının  dünyası  ilə  yaşamağa  yox, əksinə insanları öz  dünyama  çəkməyə  çalışmışam  . Uşaqlıqdan  liderliyə  meyilli  olmuşam, istəmişəm  ki, insanlar  mənim  fikirlərimə  xidmət  etsinlər. Çox  zaman  bu,  məndə  alınıb.  Böyük  dünya  qura  bilməmişəm  yalnız  kiçik  dünya,  idealogiya  yaratmışam və insanları  onun  ətrafına  cəlb  edə  bilmişəm.Bu  günün  özündə  əksər  dostlarım  mənimlə  ünsiyyətdə, dünyamda  olmaqdan  məmnundurlar. Dünyama  daxil  etdiyim  insanları  narhat  etmək  istəməmişəm  əksinə   çalışıram  ki, öz  dünyamda  olan  insanları  xoşbəxt  edim. Mənim  kiçik  dünyam  var  və  bu  kiçik  dünyada,  insanlara  xoşbəxtlik  vermək  istəyirəm. Təsəvvür  edin  ki,  hər  insan  öz  dünyasında  insanlara  xoşbəxtlik  versə  görün  dünya  necə  gözəl  bir  yer  olar. Bəzi  insanlar  var ki, idealogiyaları  və  xəyalları  ilə  insanlara  ziyan  vurmaq  istəyir. Fikirlərdən, xəyallardan  çox  şey  aslıdır. Amma  mənim  dünyam  xoşbəxtlikdən  ibarətdir, hər  problemdə, çətinlikdə  yalnız  öz  xoşbəxtliyini  tapmaqdır.

Bir  gənc  aktyor olaraq  sizdən  soruşmaq  istərdim, yerli  seriallara  maraq  nə  qədərdir  və  seriallarmız  insanlara  necə  mənəvi  təsir  göstərir?

- Azərbaycanda  yerli  seriallara  təlabat  böyükdür  həm də  çox  yaxşıdır. Serialları və  gündəmləri  izləyən  biri  kimi deyə  bilərəm  ki,  bir  neçə  seriallar  insanları  marifləndirir və nədəsə  yardım  etməyə  çalışırlar. bəziləri  isə  reytinq, məşhurluq, efir  xatirinə  nələrsə  edirlər, bu  doğru  deyil. Özümdən  götürə  bilərəm  ki,  öyrəndiklərim, formalaşan  ideyalarım, müsbət  xüsusiyyətimi   baxdığım  filmlərdən  götürmüşəm. Orada  gördüyüm  müsbət  qəhramanlardan, onların  etdikləri  yaxşılıqlardan öyrənmişəm  və  bu  məndə  müsbət  hisslər  oyandırıb. Bu  günün  özündə də, uşaqlar  seriallara, filmlərə  baxanda  müsbət  və  mənfi  qəhramanların  hərəkətlərinə  diqqətlə  fikir  verir. İbrət  götürüləcək  seriallar, filmlər  və  marifləndirici  verlişlər  olması  çox  yaxşıdır. Bu  bizim  gələcəyimizdir  bununla  oynamaq  qətiyən  olmaz,  çox  təhlükəlidir. Bizim  verəcəyimiz  yanlış  bir  mesaj,  böyük  fəsatlar  verə  bilər.

Tural Ələkbərov: "Ən böyük məqsəd insanlığa tərəf olmalıdır"-MÜSAHİBƏ

 

Yeni  iş  təklifləriniz  var?

- Aktyor  kimi,  bu  gün  təklif  gözləyirəm.Filmlərdə, seriallarda  fərqli  xarakterlər  yaratmaq  istəyirəm.  Sizə  necə  deyim, aktyor  bir xammaldır, onu  emal  edəcək  sex  lazımdır, bir  rejissor, film  direktorları  lazımdır. Yeni  təkliflər  gözləyirəm, canla-başla  hazırlaşıram ki,  iş  təkilifi  olsun  çünki  əsas  istəyim  aktyorluq  sənətidir. İkinci  işim  “Feshin” gözəllik  yarışması, “Kids Show” lar, mükafatlandırılma mərasimləri  üzrə  təşkilatçılıqdır. İndiyə  kimi  bu  sahədə  kifayət  qədər  təcrübəm  var. Moda  ilə bağlı  Azərbaycandan və  dünyanın  hər  bir  yanından  təkliflər  daima  olur  və  hər  zamanda  olacaq.  İnşallah,  özümdə   film  çəkmək  istəyirəm  lakin,  özümü  nə  vaxt  bu  sahədə  yetişmiş  hiss  etsəm,  öz  dünyamdan  çıxış  edərək  maraqlı  bir  film  çəkəcəm.

Elə  olub ki, hansısa  obrazda  özünüzü  tapmısız?

-“Cehizsiz  Gəlinlər” də  bir  səhnə  var  idi, Günay  Əhməd  və  mən   xəstəxanada  barışırıq.  Səhnə  hardasa  6  dəqiqə  davam  edir  heç  bir  kadr  dəyişmədən, mən  üzür  istəyirəm  və  biz  barışırıq. Heç  biz  hazırlaşmamışdıq. Sözlər  mənə  o  qədər  doğma  gəlmişdi  ki, kövrəldim.  Artıq  bir  söz  deməmişdik   bir-birmizə  baxdıq  və  ağlamağa  başladıq, hər  şey  gözlərdəydi  sadəcə... O,  sözlər, o,  anlar   sanki  Elşən  obrazına  yazılan  sözlər  deyildi,  mənim  içimdən  gələn  sözlər idi, bir  vaxtlar  demək  istədiyim və  deyə  bilmədiyim  sözlər idi. Həmin  səhnə serialda  və  kariyeram  ərzində  ən  yaxşı  hissəm  oldu.  Bu  çox  zaman  baş  verir, daxilinə  sözlər   toxunur,   bəzən  hiss  edirsən  ki, bu  həqiqətən  içimdə qalan, nə vaxtsa  etiraz  edərək   demək  istədiyim  sözlərdi. Bu mənəm, bu  obraz  mənimdir  deyə  bilirsən.

Səmimi  söhbətə  görə  sizə  təşəkkür  edirəm.

- Çox  sağ  olun,  Səidə  xanım.

 

Səidə Seyidova

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ