SON DƏQİQƏ
» » Gənc müğənni Boris Bayramov: “Qaya” qrupunu hər zaman heyranlıqla izləmişəm - MÜSAHİBƏ

Gənc müğənni Boris Bayramov: “Qaya” qrupunu hər zaman heyranlıqla izləmişəm - MÜSAHİBƏ

Tarix:

22-01-2018, 14:55

/ 2 489 dəfə oxundu.
Gənc  müğənni  Boris  Bayramov: “Qaya” qrupunu  hər  zaman  heyranlıqla  izləmişəm - MÜSAHİBƏ

Kimdən ilham  alaraq  bu  sənəti  seçmisiz?

-Əslində  kimdənsə  ilham  alacaq  yaşda  deyildim  bu  sənəti  seçmək  üçün,  anam  hiss  etmişdi ki, səsim  var. Bilmirəm  yadımda  deyil  kimsə  televizorda  mahnı  oxuyurdu  məndə   uşaq  yaşlarımdaydım ona  baxıb  qazanın  qapağını  götürüb   qulağıma  tutaraq  oxumağa  çalışmışam,  dəfələrlə  bunu   təkrarlamışam  və  anam  bunu  görəndə   anlayıb  ki, musiqiyə  həvəsim  var. Anam  dedi  ki, biraz  keçsin  səni  musiqi  məktəbinə  yazdıracam.  Düşünürdüm ki, musiqi  məktəbi, dərsləri  və  oxumaq  necə  olur? Mən də buna  uyğun  yavaş - yavaş  addımlar  atırdım. 1998-1999-cu illər  olardı  anam,  məni  apardı  musiqi məktəbinə,  səsimi  dinlədilər  və  həqiqətən istedadlı  olduğumu görən  kimi  vokal sinifinə  qəbul etdilər. 5 il  musiqi  məktəbini  oxumuşam. Musiqiyə  gəlmək  tarixçəm belə  olub.

Ən  çox  kimlər  dəstək  oldu  irəli  getməynizə?

-Universitet  vaxtlarından professional mahnılar, oranjirovkalar və bəstakarlardan mahnılar  almağa başlamışam. 2004 - 2008 -ci illərdə  unversit  oxumuşam, ən  çox  2005 - ci ildən  bu  sənət  üzərində  əsirəm ki, daha  yaxşı  bəstələr, mahnılar  olsun ki, oxuyum. Bu  işə  başlayanda  bəstakar, oranjirovkaçı  həm də qrup  yoldaşım  Tərlan  Məmmədhüseyinov  mənə  çox  dəstək  olub və   hələ  də  dəstək  olmaqdadır.  Bu  işə  Tərlanla  başlamışıq  amma  zaman  keçdikcə  tanıdığım  dostlarım  var ki,  “Bozbash Pıctures” in  aktiyorları: İlkin,  Azər, Elşən,  Nicat  bunlar mənə  daha  çox  dəstək  olublar, çox sağ olsunlar  hələ  də  dəstəklərini  əsirgəmirlər    və  ailəm başda  olmaqla.

Bir  çoxları  sizi  müğənni  Elçin  Cəfərovla  birlikdə  ifa  etdiyniz  “Sənə  Demədimmi”  mahnısı  və  “Aromatik”  mahnısının  maraqlı  kilpi  ilə  tanıyıb. Bunun  kimi,  uğurlu  işlərinizin  davamı  olacaq?

-Bəli olacaq,  biz  elə  neçə  vaxtdır  bunu  fikirləşirik  ki, nəsə  maraqlı  bir iş  görək,  daha  doğrusu   artıq  seçimlərmiz  var,  onların  arasından  daha  yaxşısını  seçməyə  doğru   irəliləyirik. İnşallah, tezliklə  uğurlu  bir  iş  alınar. Allah  qoysa Elçin  Cəfərovla  bir  işimiz olmalıdı, bu  barədə  onunla danışmışıq.  Hərdən gördüyün işi zamanın  ixtiyarına  buraxmaq lazımdır, zaman özü çox şeyi həll edir. Yəqin ki,tezliklə  yeni bir  iş  alınacaq.

Əsasən  hansı  janrlara  üstünlük  verirsiniz?

-Əsasən  mən  vokal  sinifini  bitirmişəm və    sonradan  estradaya  meyilli  olmuşam. Estrada, pop  janrlarına  daha  çox  üstünlük  verirəm,  birdə ki, mənim   playlistimi  dinləyən  insan  bilir ki, el musiqiləri, oyun  havaları  oxuyuram. Düzdü  oyun  havaları  oxuyuram  amma  öz  janrma  uyğun, öz  səsimə  düşən  tərzdə  oxuyuram. Muğam  mənim  səsimə  uyğun  deyil  deyə   bu  günlərdə  oxumağı  düşünmürəm  amma  zaman  keçdikcə  insanam,  ola  bilsin  səsimdə  hansısa  özəliyi  tutsam  oxuya  bilərəm. Muğamı  sevirəm,  muğam  oxumasamda  dinləməyi  xoşlayıram. Mənim  mahnılarımda  hiss  olunur  ki,  estrada, pop  janrlarını  oxumağa  üstünlük  verirəm.

Bildiyimə  görə, “Qaya” qrupunda  solist  olaraq  fəaliyyətdəsiniz. Necə  oldu  ki, “Qaya” qrupunda fəaliyyətə  başlamaq  qərarına  gəldiniz?

-Ümumiyyətlə “Qaya” qrupuna  mən  yazılmamışdan  öncə  “Qaya”  qrupunun  konsertlərində  olurdum  əvvəlki adı  “Bəri Bax”  qrupu  idi,  bir  dəfə  onların  konsertində  olmuşam.  Zaman  keçdikcə  “Qaya”  qrupu  olub. “Qaya” qrupununda  konsertlərində  iki,  üç  dəfə  olmuşam. Həmişə  onları  izləyərkən   heyranlıqla  baxaraq,  ay  Allah  nə  gözəl  qrupdur,  nə  gözəl  fərqli  səslər, tempirlər  və  hansısa  mahnını  jazz  üslubunda  oxumaqları  mənə  çox maraqlı gəlirdi. Mən də  oxuyan  müğənni  kimi,   gedirdim  konsertlərinə  amma  hər  zaman  fərqli  tərəfdən  baxmışam   onlara. Onların  işi  əsil  sənətdir,  əsil  musiqiçilərdir.  Orda  oxumaq   savad,  güclü  musiqi  duyumu   tələb  edir.  Musiqinin  içində  olmaqla yanaşı musiqi  dünyası  sənin  qəlbində  və  beynində  o  qədər  yüksək  olmalıdır  ki,  o  qrupda  oxuyasan. Bir qədər  zaman  keçdikdən sonra,  dostum  Elvin  bir  dəfə  mənə  dedi  ki,  bir  qrupa  solist  axtarırlar  mənə  deyiblər  ki, oxuyan  biri  varsa  bizə  de,  mən də  düşünmədən  razılıq  verdim. Əslində  mən  ora  gedənə  qədər  bilmirdim ki, “Qaya”  qrupuna  gedirəm,  içəri  girəndə  Rauf  Babayevi  görəndə  anladım  ki, mən “Qaya” qrupuna  gəlmişəm.  Şölə Səfərəliyevanı görəndə  daha da  məmnun  oldum  ki, dəqiq  mən  “Qaya”  qrupundayam. Mən də  saçım  dağınıq, saqqallı  olduğumdan,  Rauf  müəllim  məni  görən  kimi,  rep  oxuyanlara  bənzətdi (gülür).  Məndən  soruşdu  ki, hansı  janrda  oxuyursan,  mən də  dedim  ki, vokal sinifini  bitirmişəm , üzümə  deməsə də, mənə elə  baxırdı  ki,  hiss  edirdim  ki,  mənim  vokal  sinifini oxuduğuma  inanmır. Bir  mahnı  oxumağımı  istədi, “Sənədə Qalmaz” oxudum  biraz  təsirlənmiş  kimi  oldu, üzümə  baxaraq “aha  bu  olsun”  dedi,  sonra  ikinci  mahnı  oxumağımı    istədi. “Zibeydə” ni    o,  ifa  etdi  mən də oxudum, bu  mahnıdan  sonra  ona  daha  da  maraqlı  gəldim. Səsimi  dinlədikdən  sonra  qərar  verdi  ki,  sən  gəl – get  bura  mən  baxacam  amma  təbi  ki, bunu  özün də  istəməlisən. Mən də  bu  qrupa olan  marağımı,  həvəsimi  və  bu  qrupda  çalışmaq ,  böyük  zövq  alacağımı  bildirdim.  Qrupda solo  oxumağımı  biləndə  heç  bir  problemin  olmadığını  dedi. Mən  qrupda  oxuduqca  bəyənildim  və  özümə də xoş  oldu  ki,  həmin  qrupda solistəm  və  bu  gün də   solist  olaraq  fəaliyyət   göstərirəm, və  uşaqların  hamısı ilə də mehirbanıq.

Boris bəy bugünkü  və  qarşıda  olan  bütün  işlərnizdə sizə  uğurlar  arzu  edirəm.

-Çox  sağol,  Səidə xanım.

 

 Səidə Seyidova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ