SON DƏQİQƏ

Qarabağdakı erməni təxribatının detalları

Tarix:

26-03-2022, 16:56

/ 2 319 dəfə oxundu.
Qarabağdakı erməni təxribatının detalları

Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı törətməyə çalışdıqları təxribatın detalları bəlli olub.

Qeyd olunub ki, yeddi nəfərlik erməni diversiya qrupu Azərbaycan Ordusunun mövqelərinə soxulmağa cəhd göstərib. Diversiya qrupunun qarşısı Azərbaycan xüsusi təyinatlıları tərəfindən alınıb. Daşbaşı yüksəkliyində qeydə alınmış hadisə zamanı diversiya dəstəsinin iki döyüşçüsü məhv edilib, daha ikisi yaralanıb. Sağ qalan ermənilər yaralılarla birlikdə ərazidən qaçıblar.

Erməni diversiya qrupunun təxribat cəhdi zamanı Azərbaycan Ordusunun sıralarında itki olmayıb.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv ed
скачать dle 12.1

Şərhlər