SON DƏQİQƏ
» » Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Tarix:

20-12-2021, 14:03

/ 1 409 dəfə oxundu.
Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 N-li kitabxana filialı 19.12.2021-ci il tarixində Hacıaga Abbasov adına Mədəniyyət Mərkəzində dahi Azərbaycan bəstəkarı, Xalq Artisti Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Tədbiri giriş sözü ilə 9 N-li filialın müdiri Firəngiz Salmanova açıq elan edərək, bəstəkarın həyat və yaradıcılığı haqqında danışıb. Sonra Xalq Artisti, professor Vamiq Məmmədəliyev çıxış edərək bəstəkarın yaradıcılığı haqqında fikirlərini söyləyib. Mügənnilər  Xasay Şıxıyev, Rəvan Qaçayev və Şirəli Məmmədov C.Cahangirovun "Bakı" ,"Zəriflik" ,"Durnalar" ,"Ay qız", "Ag şanı mahnılarını ifa ediblər. Mügənniləri musiqiçilərdən- pianoda Rəşad Hüseynov, qarmonda Qiyas Qiyasov, klarnetdə Ceyhun Həsənov, tarda Saleh Salahov, zərb alətlərində Fuad Məmmədov, nagarada Əkbər Məmmədov müşayiət ediblər. Qarmonda Qiyas Qiyasov C.Cahangirovun "İncəlik" rəqsini, tarda isə Saleh Salahov Dəli Kür filmindən" Bayatılar" və "Ana yurdum" mahnısını ifa edib.

 

Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə tədbir keçirib.

 

Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə tədbir keçirib.

 

Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə tədbir keçirib.

 

Cahangir Cahangirovun 100 illik yubileyi münasibətilə tədbir keçirib.

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ