SON DƏQİQƏ
» » BakıKart QR ödənişi artıq ABB mobile-də – İlk 10 gediş pulsuz

BakıKart QR ödənişi artıq ABB mobile-də – İlk 10 gediş pulsuz

Tarix:

Bu gün, 17:20

/ 2 345 dəfə oxundu.
BakıKart QR ödənişi artıq ABB mobile-də – İlk 10 gediş pulsuz

İctimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində növbəti yenilik tətbiq olunub.
GunAz.az xəbər verir ki, artıq sərnişinlər ABB mobile tətbiqi vasitəsilə BakıKart xidmətindən istifadə edərək metro və avtobus gedişləri üçün QR bilet yarada bilərlər.
Yeni xidmət sayəsində istifadəçilər tətbiq üzərindən  QR bilet əldə edə, həmçinin ictimai nəqliyyatda ödənişlərini rahat və sürətli şəkildə həyata keçirə bilərlər.
Xidmətin istifadəyə verilməsi münasibətilə  xüsusi kampaniya da təqdim olunur. Belə ki, 31 iyul 2026-cı il tarixinədək ABB mobile tətbiqi vasitəsilə yaradılan ilk 10 QR gedişi ödənişsizdir.
Qeyd edək ki, BakıKart rəqəmsal ödəniş həllərinin genişləndirilməsi istiqamətində banklarla əməkdaşlığını davam etdirir və sərnişinlər üçün daha rahat, sürətli və əlçatan xidmətlərin təqdim olunması istiqamətində daim çalışır.
скачать dle 12.1

Şərhlər