SON DƏQİQƏ

Tərtər faciəsi

Tarix:9-04-2021, 11:19 Oxunub:1 775

Çox yüksək rütbəli bir neçə zabit,
Birləşib, dilləşib qurğu qurdular,
Əsgər ləyaqətin  gizli  alcadıb,
Döyüb üzlərinə necə durdular?

Şeytanlar , iblislər yaman çoxalıb,
Məzlumu, fağırı  heçə  sayırlar.
Əsgərə ,zabitə işgəncə verib,
Dərisin, dırnağın necə  soyurlar?

Tərtər faciəsi gizli qalıbdır,
Kimlər törədibdi belə müsibət,
İnsan sifətinə maska taxaraq,
Dondan dona düşüb gör necə sifət?

Şərləyib,əsgərdən  pul alan kəslər,
Ən alçaq işlərə əl də atıblar,
Rəhbərə yalandan məlumat verib,
Vətənə xəyanət damğa atıblar.

insan  göz tikərmi özgə  malına?
Satqın gizlənibdi öz içinizdə
Pozğunun  qarşısı dərhal alına ,
Axtaraq düşməni öz içimizdə.

Xalqı pozğunluğa urcah edənlər,
Qanun qarşısında cavab verəcək
Nahaq, fitnə , böhtan , qan törədənlər ,
Allahın zülmünü bir vaxt görəcək.

İnsan cəlladından özünü gözlə,
Hansı zəmanəyə gəlib çıxmışıq ,
Dürüst ol ,hər işdə abrını gizlə
Susub evimizi nədən yıxmışıq?

Dövlət gərək verə siyasi qiymət,
Hər həbsə atılan əsgər, zabitə,
Bəs etməz Rəbbimin verdiyi nemət,
Rauf biət etməz, hər uca bütə.

Rauf İLYASOGLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<