
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə
Bir körpə dil açaraq Biləsuvar elində,
Oddan-alovdan keçib böyüdü at belində.
Çinartək boy ataraq igid pəhləvan oldu,
Fərəhdən atasının gözü sevinclə doldu.
İdman yarışlarından qayıdırdı uzu ağ ,
Onu görən deyirdi arxamızdı , gəlir dağ.
Çempion olan vaxtı dostları sevinirdi,
Ana, üzərlik yandır, bacısı söylənirdi .
Göz dəyməsin xalqımın qəhrəman övladına,
Allah yetsin mərdlərin hər zaman imdadına.
Könüllü xidmət etdi sərhəd bölgələrində,
Gözləyirdi səngərdə, kəndin döngələrində
Azğınlaşmış erməni bizə pusqu qururdu,
Türku arxadan vurub üzlərinə dururdu.
Mübariz haqsızlığa dözə bilməzdi əlbət,
Düşmənin qarşısında sinəsi sipər, həm səd.
Məktub yazdı:" ay ana məndən qalma nigaran,
Vətən sağ olsun "-dedi, göynəsə da, qəlb yaram.
Əgər mən qayıtmasam məni bağışla ana, .
Görən ana dərdindən alovlanıb kim yanar?
Xeyir-dua alaraq anasından Mübariz ,
Ona tanış gəlirdi işğalda qalan hər iz.
Cəsur kəşfiyyatçıtək irəliyə şığıdı,
Kolda- kosda gizlənən goraşen, bic-dığadır.
Vətəni qoruyaraq düşmənin cəbhəsinə,
Vəlvələ salıb çökdü mənfurun sinəsinə.
Xeyli quldur qıraraq qisas aldı həmin an,
Düşmənlər çaşqın qalıb deyirdilər: " ay aman.
Bunu Allah göndərib bəlkə bizi qırmağa?
Diri tutaraq onu tez keçirin qırmağa !
Qırıb çapdı düşməni şəhid oldu qəhrəman,
Hər an anılacaqdır keçdikcə zaman-zaman.
Yağılar əsirdilər igidin nərəsiylə ,
O düşmən gülləsini susdurdu sinəsilə.
Cəsədindən qorxurdu ermənilər həmin an,
Görün necə saqqallı yerdə gəbərib haman!
Agir seyid övladı düşmənlə cihad etdi,
Bir günəştək saçaraq dünyadan rahat getdi.
Baş Komandanım ona qəhrəman adı verdi,
Mübariz uyuyan yer əbədi cənnət yerdi .
Tarixə qəhrəmantək şərəflə yazdı adın,
Əbədi yaşayacaq mübariztək soyadın.
Rauf İlyasoğlu ,
Milli Qəhrəmanımız haqqında yazdığım şeir birinci yerə layiq görülərək 2011- ci ildən hər il kütləvi tirajla çap olunaraq 4 cü sinif Azərbaycan dili ( sinifdənxaric Oxu ) kitabına daxil edilmişdir.