SON DƏQİQƏ

Bu gündən BAŞLAYIR

Tarix:

1-02-2021, 08:00

/ 5 499 dəfə oxundu.
Bu gündən BAŞLAYIR

Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində fəaliyyətinə qadağa qoyulmuş məktəblər, ictimai iaşə obyektləri, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların bu gün saat 00:00-dan etibarən fəaliyyətinə icazə verilib.

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Bildirilib ki, qərara əsasən, sözügedən məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur. 

Həmçinin qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Bu gündən ümumi təhsil müəssisələrində də əyani tədris bərpa olumnur.

1 fevral tarixindən etibarən məktəbəhazırlıq qrupları, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələblər nəzərə alınaraq, ənənəvi formada təşkili nəzərdə tutulur. 

 

İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. 

Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlbi barədə qərar veriləcək.

Qeyd edək ki, 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Ötən ilin 2 noyabr tarixindən isə tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil edilib.

İlqar QURBAN



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ