
Rusiya sülhməramlıları gün ərzində 378 nəfərin Ermənistan ərazisindən Dağlıq Qarabağa təhlükəsiz qayıtmasını təmin ediblər. Noyabrın 14-dən bu günə kimi 43.096 erməni Dağlıq Qarabağa qaytarılıb.
GunAz.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi Məlumat yayıb.
Bildirilib ki, bütün təmas xətti boyunca atəşkəsin pozulması halları müşahidə edilməyib.
Ümumilikdə 274,5 hektar ərazi, 105,9 km yol 451 tikinti minalardan təmizlənib. 8 704 ədəd patlayıcı maddə zərərsizləşdirilib.
Qaynar xəttə itkin düşmüş şəxslərlə bağlı 533 müraciət daxil olub.
Bəs Azırbaycanlılar nə vaxt Xankəndinə qayıdacaq?
İlqar QURBAN