SON DƏQİQƏ
» » Sədərək 30 ildə Naxçıvanın tərəqqi simvoluna çevrildi

Sədərək 30 ildə Naxçıvanın tərəqqi simvoluna çevrildi

Tarix:

2-09-2020, 21:03

/ 1 379 dəfə oxundu.
Sədərək 30 ildə Naxçıvanın tərəqqi simvoluna çevrildi


Arif Qasımov: «Bu gün Sədərək müasir rayon kimi formalaşmış dinamik inkişaf dövrünü yaşayır»

 

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında xüsusi yeri olan Sədərək rayonu 28 avqust 1990-cı ildə Şərur rayonunun tərkibindən ayrılaraq rayon sutatusu alıb. Azərbaycanın Sədərək rayonu cənub-qərbdən Türküyə Cümhuriyyəti (15 km), şimal-qərbdən Ermənistan Respublikası ilə (24 km) və cənub-şərqdən Şərur rayonu ilə (27 km) həmsərhəddir. Əhalisi 16089 nəfər, ərazisi 16.374 kvadratkilometirdir. Mərkəzi Heydərabad qəsəbəsidir. Rayonda bir qəsəbə 3 kənd vardır.

Sədərək rayon YAP sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov «Azad Azərbaycan» qəzetinə açıqlamasında bəzi məqamlara aydınlıq gətirərək qeyd etdi ki, Sədərək Naxçıvan Muxtar Respublikasının qədim yaşayış məntəqələrindən biridir. Son illər aparılmış arxeoloji qazıntılar nəticəsində rayon ərazisində Eneolit, Tunc dövrlərinə və orta əsrlərə aid yaşayış yerləri, qədim abidələr aşkar edilib və öyrənilib.

Sədərəyin cənubunda eradan əvvəl IV-III minilliyə aid yaşayış yeri aşkar olunub. Ərazidə Əjdahan, Cin təndiri, Şir arxı, Dəhnə, Qırmızılar, Fərhad arxı, Kültəpə, Ağoğlan, Karvansara, Qaraburun və başqa tarixi yer adları mövcuddur. Tədqiqatlar nəticəsində müəyyənləşdirilib ki, bölgədə eradan əvvəl 4-cü minillikdən başlayaraq fasiləsiz yaşayış mövcud olub. Qədim Oğuz Yurdu Sədərək ərazisindəki tarixi memarlıq abidələrindən üç məscid, orta əsrlərə aid qala xarabalığı, müdafiə istehkamı, Bəzirxan karxanası, Karvansara, Ağoğlan Piri, XIX-XX əsrlərin əvvəllərində tikilmiş hamam binası mühafizə olunaraq bu günümüzədək gəlib çatıb.

A.Qasımov bildirdi ki, Sədərəyin tarixindən danışanda 1990-cı il yanvar hadisələrini xatırlamamaq olmur. Çünkü bu hadisələrdə ilk şəhidlər Sədərək müdafiəçiləri olub: «Qanlı döyüşlər zamanı ermənilər tərəfindən Sədərəyə 14 dəfə ən müasir silahlarla hücumlar edildi. Bu döyüşlər zamanı vətənin qeyrətli 108 oğlu şəhidlik zirvəsinə ucalıb, ancaq bir nəfər belə öz səngərindən geri çəkilməyib. Arası kəsilməyən hücumlar nəticəsində Sədərəkdə 500-ə yaxın ev, məktəb, inzibati bina dağıntılara məruz qalıb. Sədərəyi "Qeyrət qalası” adlandıran Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev "Muxtar Respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qalmışdır. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üstünə düşmüşdür. Sədərəkdə vəziyyət tamam başqa idi. Burada əsl müharibə gedib, atışmalar olub”, - deyə bildirmişdir.

Tarixi salnaməmiz olan "Kitabi Dədə Qorqud” dastanında belə bir ifadə işlədilir ki, «torpağı qorumursansa əkməyinə, əkmirsənsə qorumağına dəyməz». Torpağı igid oğlanlarımız tərəfindən yaxşı qorunduğu üçün dövlətin hərtərəfli dəstəyini öz üzərində hiss edən sədərəklilər düşmənin gözünün önündə torpaqları əkib-becərirlər».

Arif Qasımov bildirdi ki, bu gün Sədərək rayonunun bütün evlərinə içməli su, kanalizasiya xətləri çəkilir. Təkcə bu il 13 su artezan quyusu qazılıb əhalinin istifadəsinə verilmiş, rayon ərazisində sərhəddə yerləşən 73 hektar ərazi minalardan təmizlənərək, əkinə yararlı hala salınaraq əhalinin istifadəsinə verilmişdir.

Naxçıvan Ali Məclisinin deputatı Sədərəyin sosial-iqtisadi vəziyyətindən danışaraq qeyd etdi ki, Muxtar Respublika Ali Məclisi Sədrinin "Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” 2000-ci il 15 mart tarixli Sərəncamından sonra Sədərək rayonu yeni inkişaf mərhələsinə qədəm qoydu: «Bu gün Sədərək müasir rayon kimi formalaşmış dinamik inkişaf dövrünü yaşayır. Rayon hər bir sahədə dövlət qayğısı ilə əhatə olunur. Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsinin yenidən bərpasının açılışında iştirak edib, burada aparılan quruculuq işlərini yüksək qiymətləndirərək deyib: «Gözəl evlər, binalar tikilib. Qəsəbə yeni dövrə qədəm qoyur. Bütün işlər ən müasir səviyyədə görülübdür. Çox şadam ki, muxtar respublika rəhbərliyi bütün bu işləri qısa müddət ərzində çox böyük keyfiyyətlə gördü. Bu doğrudan da böyük hadisədir». Bu gün, sözün həqiqi mənasında, Sədərək rayonu inkişaf və çiçəklənmə dövrünü yaşayır. Buradakı hərbi hissədə və düşmənlə üzbəüz mövqeləri Muxtar Respublikanın müdafiə potensialının hansı səviyyədə olduğunu göstərir.

Dövlətimizin bu sərhəd bölgəsinə göstərdiyi xüsusi diqqət və qayğı isə boşuna deyil. Bütün bunlar ona görə edilir ki, düşmənlə həmsərhəd olan Sədərək rayonunun əhalisi arxalarında güclü dövlətin dayağını hiss etsin. Düşmən isə görsün ki, Azərbaycan Sədərək kimi bir diyarın timsalında necə inkişaf edir və çiçəklənir».

 

Sənan QACAR

 


скачать dle 12.1

Şərhlər