SON DƏQİQƏ

Naxçıvanın bu bölgəsinin DURUMU

Tarix:

23-06-2020, 09:34

/ 1 620 dəfə oxundu.
Naxçıvanın bu bölgəsinin DURUMU

Naxçıvan Muxtar Respublikasında Respublika rəhbərliyi tərəfindən aparılan sosial rifahın yaxşılaşdırılması və iqtisadi inkişafın daha da gücləndirilməsi üzrə görülən işlər davam edir.
Muxtar Respublikanın ucqar bölgələrindən olan Sədərək rayonu da əhalinin sosial rifahının daha da yaxşılaşdırılması planına uyğun atılan böyük addımların mərkəzindədi. Naxçıvan Ali Məclis Sədri Cənab Vasif Talıbovun göstərişi ilə Muxtar Respublikanın strateji əhəmiyyətli bölgələrindən olan Sədərək rayonunda uğurlu iqtiasdiyyatın yüksək inkişafına, sosial rifahına səbəb olan əsas amillərdən biri, su təhcizatlarının əsaslı təmiri və yeni yaradılan iri su nasosları qurğuları, artezianlar Sədərəyin günü gündən yaşıllıqlara bürünərək gözəlləşməsinə yüksək sürətlə inkişafına təkan verdi. təkcə bu il nəzərdə tutulandan daha artıq, 1400 hektar ərazidə əkin sahələri və göz işlədikcə uzanan yaşıllıqlar rayonu cənnətə çevirdi. Əsas məşğuliyyəti əkinçilik və maldarlıq təssərüfatı olan yerli əhali yaradılan bu gözəl şəraiti gözəl bir fürsət bilırək məmnuniyətlə, həvəslə istər həyətyanı sahələrdə istər də dövlət hesabına ayrılmış iri torpaq sahələrində çalışır. bu ilki məhsulun daha da bol olacağından böyük həvəslə danışırdılar.
Artıq Sədərəkdə yeni içməli su və kanalizasiya sistemləri də qurulur.
Rayonda adı çəkilən sistemlərinin qurulmasına bu ilin mart ayından başlanıb. Hazırda rayonun Heydərabad qəsəbəsində kanalizasiya, Sədərək və Qarağac kəndlərində isə içməli su xətləri çəkilir.
Sənan TURAN
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ