SON DƏQİQƏ
» » İrəvanda təşviş: Tonoyan rus səfirlə nələri müzakirə etdi?

İrəvanda təşviş: Tonoyan rus səfirlə nələri müzakirə etdi?

Tarix:

29-07-2020, 08:00

/ 2 972 dəfə oxundu.
İrəvanda təşviş: Tonoyan rus səfirlə nələri müzakirə etdi?

İşğalçı Ermənistan bugündən etibarən başlayacaq Türkiyə-Azərbaycan birgə hərbi təlimlərini narahatlıqla izləyir. İyulun 28-də bu ölkənin müdafiə naziri David Tonoyan Rusiyanın Ermənistandakı səlahiyyətli səfiri Segey Kopırkinlə görüşüb.

GunAz.az xəbər verir ki, görüşdə səfirliyin hərbi-hava attaşesi, polkovnik Andrey Qrişuk da iştirak edib. Tərəflər hərbi və hərbi-texniki əməkdaşlıq, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər. Müdafiə naziri rusiyalı diplomata Azərbaycanla sərhəddəki, həmçinin Qarabağ istiqamətindəki vəziyyət barədə məlumatlar verib, stabilləşmədə Rusiyanın oynadığı "rol”dan bəhs edib.

Məlumatda o da bildirilir ki, D.Tonoyan bölgədə atılan hərbi addımların stabilliyin pozulmasına xidmət etdiyi haqda iddialar səsləndirib, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına diqqət çəkib.

Səfir Kopırkin növbəti dəfə ölkəsinin bölgədə stabilliyin möhkəmləndirilməsi istiqamətindəki mövqeyini xatırladıb.

Qeyd edək ki, eyni gündə Ermənistan hakimiyyət təmsilçiləri ABŞ-ın bu ölkədəki səfiri ilə də bir araya gəliblər. Açıq-aydın görünür ki, İrəvanda Bakı-Ankara hərbi əməkdaşlığının intensivləşməsi təşviş doğurub.Musavat.com

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ