SON DƏQİQƏ
» » Bu avtomobillərin hərəkəti sərbəstdir - BDYPİ-dən AÇIQLAMA

Bu avtomobillərin hərəkəti sərbəstdir - BDYPİ-dən AÇIQLAMA

Tarix:

22-06-2020, 19:18

/ 2 876 dəfə oxundu.
Bu avtomobillərin hərəkəti sərbəstdir - BDYPİ-dən AÇIQLAMA

Minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarını daşınmasına icazə verilmir.

Sərtləşdirilmiş xüsusi karantin rejimində Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinə və Abşeron rayonuna kənd təsərrüfatı yüklərinin daşınması qaydasına aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il 208 saylı qərarına əsasən, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımaları sərbəstdir.

K. Əliyev qeyd edib ki, bu, kənd təsərrüfatı məhsullarının daşınmasına da şamil edilir:"Yalnız minik avtomobilləri ilə kənd təsərrüfatı məhsullarının daşınmasına icazə verilmir. Fermerlər öz məhsullarını yük maşınları ilə Bakı və sərt karantin rejiminin tətbiq olunduğu digər şəhərlərə, Abşeron rayonuna çatdıra bilərlər”.


скачать dle 12.1

Şərhlər