Ədib İSAOĞLU
A, balam Sədərək gömrük keçid məntəqəsi elə bil 21-ci əsrin gömrüyü yox, nə bilim neçənci əsirdəsə yaşamış, Koroğlunun bac yığdığı Çənlibel qalasıdır.
Bəlkədə Çənlibelə yaxın olduğundandır. Deməli burda olaylar necə dövran edir. Yayda sərin, qışda isti zalda harınlaşan (təbiiki hamısı yox)çinovniklər, (bəli harınlaşan. Bir gömrük kapitanı, namus papağımızı başımıza qaytaran milli ordu kapitanından iki qat artıq maaş alırsa, harınlaşmaq normaldı.) istədikləri vətəndaşın heç xətirlərinə dəymədən, əşyalarını yoxlamadan, naz qəmzə ilə yola salırlar. Yox əgər tanımadıqları, xoşlarına gəlmədikləri və yaxudda haqqını istəyənlərin vay halına. Bütün əşyalar açılıb, sökülüb dağıdılacaq gömrüyün binası ilə bir.
Yəni anlıyacağın dayın varsa dayısan yox əgər dayın yoxdursa, dayıcanısan. Təsəvvür edirsinizmi mənim vergimlə, mənim büdcəmlə özümə qənim kəsilirlər. Hələ orda biri var Pərviz Ələsgərov, ları xoruz kimi sinəsini qabağa verib, isimliyini göstərir ki. bə mən deyəndi uç burdan hara gedirsən get. Təssüf olsun ki, deyəsən rəhbərlikdə hələlik belələrinə göz yumur. Yəqindirki Pərvizlərə ehtiyac var.
Etiraf edəkki gömrükçülərin içində alicənab işçilər və rəhbərlər çoxluq təşkil edir. Di gəl ki, Pərviz kimiləri vətəndaşlarla hökümət arasında uçurum yaradaraq, təxribatla məşğuldurlar.
Belə əsaslandırım: Kasıb kəndli bazarda 10 manata satılan bitki dərmanını, Türkiyə Cümhuriyyətindən 5 manata alır. Vay o günə həmin adam Pərvizlərin xoşuna gəlməyə. İlk öncə sertifikat istəyir. Yazıq kəndli 5 manatlıq dərman üçün nə qədərsə manat xərcləyib sertifikatmı alsın? Yazıq kəndli qalır çar-naçar və geniş izahat istəyir. Pərvizlərində kefi yerində olanda başlayır nağıl danışmağa: "Nazirlər kabinetinin filan qərarına əsasən, (bir dəfə dediyi rəqəmi ikinci, üçüncü dəfə yadından çıxdığı üçün fərqli-fərqli deyir. Birində 95 saylı, birındə 103 saylı, birində isə lap ağ edib 250 saylı uydurur.) Kənd təsərrüfatı nazirliyi sertifikat verir, səndə o sertifikata əsasən bu bitki dərmanını ölkəyə gətirə bilərsən".

Hansıki, Kənd təsərrüfatı nazirliyi belə sertifikat vermir. Belə olan haldada bədbəxt kəndli hökümətdən küsməyə başlayır. Bu küsülülüyündə səbəbkarı Pərvizlərin şeytan barmağıdır.
Mövzunu gündəmdə saxlayacağıq.
Mövzunu gündəmdə saxlayacağıq.