Yunus Oğuz "Turan birimdiqi" medalı ilə təltif olunub
Tarix:
23-10-2023, 20:20
/ 1 244 dəfə oxundu.
Yazıçı - publisist, tarixi romanlar yazarı Yunus Oğuz Orta Asiyanın Xalq diplomatiyasının Elitar İttifaqının və Orta Asiya xalqlarının ədəbiyyat və tarix təşkilatı olan "Yanqi Ovoz" Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyi tərəfindən "Turan birimdiqi" medalı ilə təltif olunub.
Azərbaycan Yazıçılar Birliyində yazıçı Elçin Hüseynbəylinin aparıcılığı ilə keçirilən tədbirdə Səlim Babullaoğlu və Qəşəm Nəcəfzadə də bu medalla təltif olunub.
Qeyd edək ki, mükafat Mərkəzi Asiyanın "Amir Teymur" beynəlxalq xeyriyyə fonduna aiddir.