SON DƏQİQƏ

Şərqi Azərbaycanda quraqlıq şiddətləndi

Tarix:

28-08-2023, 15:09

/ 1 608 dəfə oxundu.
Şərqi Azərbaycanda quraqlıq şiddətləndi

Şərqi Azərbaycan əyalətinin su anbarlarında suyun həcmi kəskin azalıb.


Bu barədə Şərqi Azərbaycan Regional Su Şirkətinin Mühafizə və İstismar üzrə sədr müavini Müctəba Cəlilzadə məlumat verib.


O, hazırda anbarlarda olan su həcminin 157 milyon kubmetr olduğunu, yəni ötən il ilə müqayisədə 38 faiz, uzunmüddətli dövrlə müqayisədə isə 73 faiz azaldığını bildirib.


Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda Şərqi Azərbaycanda 240 kənddə su çatışmazlığı hökm sürür. Qeyri-rəsmi məlumatlarda isə susuz qalan kəndlərin sayının daha çox olduğu qeyd edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ