
Baş Dövlət Yol Polisi İdarəsi ünvanlı dövlət sosial yardım almaq istəyən şəxslərə müraciət edib.
Bu barədə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev öz Feysbuk hesabında yazıb.
O bildirib ki, yardımın verilməsi üçün müraciət edənin mülkiyyətində və ya istifadəsində (etibarnamə əsasında) nəqliyyat vasitəsinin olması həmin şəxsə sosial yardım təyin olunmasından imtina üçün əsas sayılır:
"Bu səbəbdən bütün vətəndaşlarımızdan xahiş edirik istifadəyə yararsız nəqliyyat vasitələrini adlarından çıxdaş etmək üçün müvafiq sənədlərlə birgə qeydiyyat imtahan mərkəzlərinə yaxınlaşsınlar".