
Azərbaycanda koronavirusa 40 yeni yoluxma qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 828 628 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 327 nəfər müalicə olunaraq sağalıb, 10 122 nəfər vəfat edib.