SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Tarix:

21-02-2023, 13:35

/ 2 692 dəfə oxundu.
Sabah hava necə olacaq?

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü cənub-qərb küləyi gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

скачать dle 12.1

Şərhlər