SON DƏQİQƏ
» » Zəlzələdə həlak olan tələbələr harada dəfn olunacaq?

Zəlzələdə həlak olan tələbələr harada dəfn olunacaq?

Tarix:

15-02-2023, 14:55

/ 2 975 dəfə oxundu.
Zəlzələdə həlak olan tələbələr harada dəfn olunacaq?

Fevralın 6-sı Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ səbəbindən dağıntıların altında qalan azərbaycanlı tələbələrin nəşi sabah - fevralın 16-sı Azərbaycana gətiriləcək.

 

Belə ki, Malatya şəhərindəki İnönü Universitetinin Psixologiya fakültəsinin III kurs tələbəsi Samir Quliyevin ailəsi Gədəbəydə yaşayır. Mərhum həmin rayonun qəbiristanlığında sonuncu mənzilə yola salınacaq. 

Universitetin magistr tələbəsi Gündüz Nəzərzadə Sumqayıtda, eyni zamanda, 4-cü kurs tələbəsi Hümam İsmayıllı Sumqayıt şəhərinin Corat qəbiristanlığında torpağa tapşırılacaq. 

Həmçinin, universitetin sonuncu kursunda təhsil alan Şahin Vəliyev də Gəncədə dəfn olunacaq

скачать dle 12.1

Şərhlər