SON DƏQİQƏ

Sabah hava yağmursuz olacaq

Tarix:

17-11-2022, 12:58

/ 1 828 dəfə oxundu.
Sabah hava yağmursuz olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq və mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-10° isti olacaq.

скачать dle 12.1

Şərhlər