SON DƏQİQƏ
» » Qarabağdakı sülhməramlıların aqibəti necə olacaq?

Qarabağdakı sülhməramlıların aqibəti necə olacaq?

Tarix:

1-11-2022, 08:11

/ 1 742 dəfə oxundu.
Qarabağdakı sülhməramlıların aqibəti necə olacaq?

"Qarabağda Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi məsələsi hələ də açıqdır və Ermənistan və Azərbaycan arasında gələcək danışıqlardan asılıdır".

Bunu Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi jurnalistlərə bildirib.

"Sülhməramlılarla bağlı məsələyə gəlincə, bu, bizim 2020-ci ilin 10 noyabr tarixli, münaqişə bitəndə verilən birgə bəyanatda qeyd olunub. Burada əlavə ediləcək heç nə yoxdur. Biz bunu müzakirə etdik. Amma bunun üçün bizim birgə razılaşmamız lazımdır", - o deyib.

 

Onun sözlərinə görə, mandatın uzadılması məsələsi digər məsələlərdən, o cümlədən sülh müqaviləsindən və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasından asılıdır.

"Əgər o məsələlər həll olunarsa, o zaman sülhməramlılar məsələsi başqa məsələ olacaq. Əgər onlar həll olunmasa, yaxud qismən həll olunsa, bizim sülhməramlı kontingentimizin gələcəyi bundan asılı olacaq", - deyən Rusiya lideri əlavə edib ki, Ermənistan və Azərbaycan Qarabağda gördüyü işlərə görə Rusiyaya öz təşəkkürlərini çatdırıblar

скачать dle 12.1

Şərhlər