
Bakı Metropoliteni QSC Tarif (Qiymət) Şurasına gediş haqqının artırılması ilə bağlı müraciət etməyib. Bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib. "Qiymət artımı ilə bağlı müraciət edilməsi gözlənilmir", - o deyib.