SON DƏQİQƏ

Dünyanın ən yaşlı kişisi VƏFAT ETDİ

Tarix:

25-02-2020, 19:54

/ 1 622 dəfə oxundu.
Dünyanın ən yaşlı kişisi VƏFAT ETDİ

Fevralın 23-ü Yaponiyada 112 yaşlı Niiqata Titeçu vəfat edib.

GunAz.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabına görə, o, 2020-ci ilin fevral ayının əvvəlində rəsmi olaraq, Yer kürəsinin ən yaşlı adamı hesab olunurdu. Bu barədə məlumatı fevralın 25-də “Kyodo” agentliyi yayıb.

Niiqata 5 Mart 1907-ci ildə anadan olub.

Dünyadakı ən yaşlı insan adının əvvəlki sahibi də Yaponiya sakinidir. 113 yaşlı Masazo Nonaka ötən il yanvarın 20-də vəfat edib.

 

Yaponiyalılar ənənəvi olaraq dünyanın uzunömürlüləri  reytinqində ən yüksək yerləri tuturlar.

Belə ki, Yaponiyanın ən yaşlı qadını - 117 yaşlı sakini Kaan Tanaka hazırda Ginnesin Rekordlar Kitabına görə dünyanın ən yaşlı insanı adının sahibidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ