SON DƏQİQƏ

Qeyri adi bank talançıları

Tarix:

16-05-2019, 14:33

/ 602 dəfə oxundu.
Qeyri adi bank talançıları

Bank qarəti zamanı soyğunçu demişdi: "Tərpənməyin, pullar dövlətə, sizin həyatınız isə sizə məxsusdur".
- Bankdakı bütün insanlar sakitcə yerə uzandılar. Bu "Düşüncəni dəyişmə konsepti" adlanır. 
- Qadın yerə ayaqları aralı uzananda soyğunçu dedi: "Zəhmət olmasa, sivil olun. Bu qarətdir, zorlama deyil". Bu "Peşəkar olmaq" adlanır. 
- Qarətçilər evə qayıdandan sonra bir soyğunçu digərinə dedi: "gəl, pulları sayaq"
- Əvəzində isə yaşı çox olan soyğunçu cavab verdi: "Sən axmaqsan, burda küllü miqdarda pul var, bunları saymaq uzun zaman aparacaq. Axşam xəbərlərdə bankdan nə qədər pul oğurlandığını deyəcəklər". Bu "Təcrübə" adlanır. 
- Qarətçilər gedəndən sonra bank meneceri supervayzerə dərhal polisləri çağırmağı tapşırdı. Supervayzer isə dedi: "Gözləyin. Gəlin bankdan 10 milyon özümüz üçün götürək, bu məbləği də əvvəl oğurladığımız 70 milyona əlavə edək". Bu sənin əleyhinə olan situasiyanı öz lehinə çevirməkdi.
- Axşam TV xəbərlər elan etdilər ki, bankdan 100 mln dollar oğurlanıb. Qarətçilər evdə nə qədər saydılarsa, 20 mln. dollardan çox pul görmədilər və bu situasiya onları qəzəbləndirdi: "Biz həyatımızı riskə ataraq cəmi 20 mln. oğurlaya bildik. Bank heç bir risk olmadan 80 mln. dolları bir çırtmada qazandı. Görünür, təhsilli olmaq, oğru olmaqdan yaxşıdır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ