SON DƏQİQƏ
» » Mars kraterinin unikal şəkilləri yayıldı - VİDEO

Mars kraterinin unikal şəkilləri yayıldı - VİDEO

Tarix:

22-12-2018, 18:33

/ 10 545 dəfə oxundu.
Mars kraterinin unikal şəkilləri yayıldı - VİDEO

Avropa kosmik agentliyi Marsdakı Korolyov kraterinin unikal şəkillərini yayıb.

GunAz.az xəbər verir ki, şəkillər Mars Express stansiyası tərəfindən əldə olunub.

"Mars-ekspress" avtomatik  planetlərarası stansiyası 2003-cü ildə Bakonur kosmodromundan havaya buraxılıb.  Hadisənin 15-ci ildönümü münasibətilə  Avropa Kosmik Agentliyi aprel ayında yüksək icazəli stereo kameralar (HRS) vasitəsilə qeydə alınmış bəzi fotoşəkilləri paylaşıb.

Tanınmış Sovet konstrukturu və mühəndisinin adına qoyulmuş Korolyov krateri nə az nə çox, 82 kilometr diametrə malikdir, Olimpiya Undea qumsal təpələrindən cənubda yerləşir. Şəkillərə baxdıqda onun qarlı olduğu təəsüratı yaransada, əslində bu kraterin içində əsrlərlə mövcud olmuş buzlardır.

 

Yerdə olduğu kimi Marsda da ilin fəsilləri var. Fəsillər bir-birini əvəz etdikcə peyzaj da dəyişir. Ancaq Korolyov kraterinə bu sözləri aid etmək olmaz. Onun buzlaqları heç vaxt ərimir. Astronomlara görə uzaq keçmişdə planetin səthinə böyük kosmik obyekt çırpılaraq, nəhəng dərin yarğan əmələ gətirib.

Astronomlar onu "soyuq tələ" adlandırır. Kraterin dərinliyi  təxminən 2 km qədərdir. Bu boşluqda 60 km diametrli  və 1,8 kilometr qalınlıqlı buz qübbəsi uzanır. Həcm baxımından mars tozu ilə qarışmış 2200 kub kilometr buzdan ibarət olduğu güman edilir.(Oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ