SON DƏQİQƏ

WhatsApp-da pullu mesaj dövrü başlayır

Tarix:

2-08-2018, 11:17

/ 10 352 dəfə oxundu.
WhatsApp-da pullu mesaj dövrü başlayır

WhatsApp rəhbərliyi sosial mesajlaşma şəbəkəsinin biznes-istifadəçiləri üçün yeni funksiya barədə məlumat verib.

GunAz.az  xəbər verir ki, bundan sonra WhatsApp Business istifadəçiləri üçün pullu mesaj xidməti işə düşəcək.

Messencer biznes-istifadəçilərdən müştərilərə reklam və servis məlumatları göndərmək üçün pul alacaq. Şirkətin məlumatında deyilir:

“Bəzi ismarıcların göndərilməsi pullu olacaq. Beləcə, şirkət hansı mesajları göndərib-göndərməyəcəyinə qərar verəcək. Sizin söhbət pəncərənizdə isə qarışıqlıq olmayacaq. Bundan sonra sizin ismarıclar şifrə ilə qorunacaq. Bir düyməni basmaqla istənilən şirkəti bloka ata bilərsiniz”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ