SON DƏQİQƏ

“İnstagram”da FANTASTİK RƏQƏMLƏR

Tarix:

26-07-2018, 15:45

/ 10 406 dəfə oxundu.
“İnstagram”da FANTASTİK RƏQƏMLƏR

ABŞ-ın ən populyar modellərindən biri Kayli Cenner İnstagram-da ən populyar sima oldu.

GunAz.az xəbər verir ki, 20 yaşlı K.Cennerin İnstagram-dakı profilinin daimi təqibçilərinin sayı artıq 110 milyonu keçib. Beləliklə, amerikalı supermodel İnstagram-ın populyarlıq reytinqində Selena Qomes və bacısı Kim Kardaşyandan sonrakı yeri tutub.

Selena Qomesin profilinin 139 milyon daimi təqibçisi var.

K.Cenner bu minvalla İnstagram-dakı profilində 1 reklam paylaşımı üçün 1 milyon dollar almağa başlayıb.

S.Qomesin profilində bu qiymət 800 min dollardır.

Madrid "Real"ından İtaliyanın "Yuventus" klubuna keçmiş Kristiano Ronaldo isə 1 reklam paylaşımı üçün 750 min dollar alır.

K.Cenner İnstagram-dan istifadə edən şou-biznes mənsubları arasında ən çox gəlir əldə edən şəxsdir.

İnstagram-dakı profilində 1 reklam paylaşımına görə ən çox pul alan məşhurların reytinqinin ilk beşliyi belədir:

1. Kayli Cenner – 1 milyon dollar

2. Selena Qomes – 800 min dollar

3. Kristiano Ronaldo – 750 min dollar

4. Kim Kardaşyan – 720 min dollar

5. Beyonse – 700 min dollar

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ