SON DƏQİQƏ

Selfi ilə alış-veriş etmək mümkün oldu

Tarix:

30-05-2018, 21:25

/ 10 477 dəfə oxundu.
Selfi ilə alış-veriş etmək mümkün oldu

Rusiyada selfi ilə alış-veriş etməyin mümkün olduğu xidmət yaradılıb.

Gunaz.az AZƏRTAC-a istinadən bildirir ki, xidmət "VisionLabs" şirkətinin tərtibatçıları tərəfindən istifadəyə verilib.

"SelfieToPay" adlanan xidmətdən istifadə etmək üçün alıcı "AppStore" və ya "GooglePlay"dən "SWiP" əlavəsini yükləməli, bank kartını ona bağlamalı və öz sifətini skan etməlidir.

Müvafiq proqram təminatı və xüsusi kameralar olan ticarət məntəqələrində alış-verişin dəyərini ödəmək üçün alıcıya telefon lazım olmayacaq. Kassanın yanındakı obyektivə baxmaqla kamera onun kimliyini müəyyən edəcək. Kameranın diapazonu elədir ki, ora yalnız ödəniş edən şəxsin üzü düşəcək.

"VisionLabs" şirkətindən bildiriblər ki, bu texnologiya sayəsində fırıldaqçılar alış-veriş üçün başqalarının fotolarından və ya videoyazılarından istifadə edə bilməyəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ