SON DƏQİQƏ
» » İllərlə içi boş hesab edilən məzardan görün nə çıxdı

İllərlə içi boş hesab edilən məzardan görün nə çıxdı

Tarix:

28-03-2018, 09:00

/ 10 392 dəfə oxundu.
İllərlə içi boş hesab edilən məzardan görün nə çıxdı

Avstraliya yayım qurumlarında yer alan xəbərə görə, Sidney Universiteti araşdırmaçıları 150 ildir muzeydə qapalı tutulan taxtın içində mumiya qalıqlarına rast gəlib.

Publika.az xəbər verir ki, Nicholson Muzeyindən arxeoloq Ceym Fraser keçən il açdıqları bir qəbir yerində tapdıqları mumiyalanmış qalıqların təxminən 2500 il öncəsinə aid olduğunu açıqlayıb.

Qalıqların ayaq sümükləri olduğuna işarə edən Fraser, “daha öncə Misir məzarını heç açmamışdım. Amma bu da ona yaxın bir şeydi. Gördüyümüz şey inanılmaz dərəcədə təəccüblü idi. Nəfəsimizi tutmaqdan başqa bir şey edə bilmədiyimiz bir an idi” dedi.

Məzar soyğunçuları tərəfindən ələ keçirilən mumiyanın kimə aid olduğunu tapmağa çalışdıqlarını deyən Fraser yazılara əsasən mumiyanın eradan əvvəl 600-cü illərdə yaşayan Mer-Neith-it-es adlı bir qadına aid ola biləcəyinə diqqət çəkib. Qadının bir rahibə və ya inanclı biri olduğunu təxmin etdiklərini deyən Fraser eyni zamanda vurğulayıb ki, mumiyalanmış qəbirlərin üzərindəki yazılar heç də hər zaman onun içindəki adama aid olmur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ