SON DƏQİQƏ
» » Pikassonun əsərinin arxasında yeni rəsm kəşf edilib

Pikassonun əsərinin arxasında yeni rəsm kəşf edilib

Tarix:

19-02-2018, 10:05

/ 1 024 dəfə oxundu.
Pikassonun əsərinin arxasında yeni rəsm kəşf edilib

Əfsanəvi rəssam Pikassonun bir rəsm əsərində gizli bir rəsmin olduğu üzə çıxıb.

Gunaz.az xəbər verir ki, xüsusi sistemlərin vasitəsilə mütəxəssislər "Əyilən dilənçi" əsərinin arxasında daha iki rəsmin olduğunu açıqlayıblar.
"Əyilən dilənçi" əsərinin arxa planında yeni bir rəsm kəşf edilib. Kanadanın "Ontario Sənət Qalereyası"nda nümayiş etdirilən əsər mütəxəssislər tərəfindən incələnib. Rəsmin arxasına başqa bir texnika ilə çizilən mənzərənin olduğu bildirilir.
Pikasso əsəri 1902-ci ildə tamamlayıb. 1992-ci ildə isə əsərdə müəyyən dəyişikliklər hiss edilib. Tədqiqatda iştirak edən Mark Velton adlı alim bildirib ki, Pikasso mənzərə rəsmindən təsirlənərək qadın şəklini tamamlayıb. Rəsmin arxasındakı təpələr isə qadının çiynindəki konturlar olub.
Pikasso mənzərə rəsmini 90 dərəcə qaldıraraq başqa bir əsər yaradıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ