SON DƏQİQƏ

Həmyerlimiz İtaliyada uğur qazandı

Tarix:

21-01-2017, 16:09

/ 3 207 dəfə oxundu.
Həmyerlimiz İtaliyada uğur qazandı

2016-cı il, dekabr ayının 21-də, İtaliyanın Santeramo şəhərində italyan rəssam Francesco Nettinin adını daşıyan Palazzo Nettidə həmyerlimiz, Azərbaycan rəssamlar ittifaqının 2011 ci ildən üzvü olan, hal hazırda Milan (İtalya) Brera Akademiyasinın magistrı, rəssam, Elay Adamın tam yeni üslublu rəsm forması şəhər meriyası tərəfindən təşkil olunmuş "Gizli Portretlər” adlı fərdi sərgidə sənətsevərlərə təqdim olunmuşdur.
Milan şəhərində yaşayan həmyerlimizin araşdırma mövzusu olan Neometafizika və "Gizli üslub", rəssam və tənqidçilərin diqqət mərkəzindədir. Bir neçə kollektiv sərgilərdə öz üslubu ilə seçilən rəssamın ilk fərdi sərgisi Milan şəhərində məhşur italyan rəssam Piero Manzoninin ev muzeyində təqdim olunmuşdur. Bu dəfəki sərgi isə Bari Şəhər Meriyası tərəfindən təşkil olunub. Sərgidə rəssamın 15 rəsm əsəri tamaşaçılara təqdim olunmuşdur. İncəsənət üçün yeni olan bu üslub tamaşaçılar tərəfindən heyrətlə qarşılanmışdır. Rəssam və tənqidçilər "Gizli üslubun" çətin dərk olunmasına baxmayaraq çox maraqlı olduğunu diqqətə çatdırmışlar. Bu üslubun incəsənətdə bir hadisə olduğunu və bu rəsmlərin klassik rəsm anlayışının müasir formada təzahürü kimi qiymətləndirmişlər. Yeni üslubların daha yaranmadığı bir dövrdə bu üslub rəsmin sərhədlərinin tükənməzliyinin göstəricisidir. Sərgi, xarici mətbuat orqanlarında yayınlanmışdır.
Qeyd edək ki, sərginin təşkil olunmasında məqsəd müasir incəsənətin yeni şaxələrini təbliğ etmək və müasir rəssamı cəmiyyətə tanıdmaqdır. Sərginin ekspozisiyasında nümayiş olunan əsərlər italyan kolleksioner tərəfindən alınmışdır.

 

 

https://anita.tv/2017/01/06/elay-ile-in-azerbaijan-larte-rimane-nascosta/
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ