SON DƏQİQƏ
» » Hesabına 35 avro əvəzinə 2 trilyon 35 avro pul köçürüldü

Hesabına 35 avro əvəzinə 2 trilyon 35 avro pul köçürüldü

Tarix:

13-02-2018, 11:35

/ 1 084 dəfə oxundu.
Hesabına 35 avro əvəzinə 2 trilyon 35 avro pul köçürüldü

Səhvən hesabına köçürülən 2 trilyon pulla dünyanın ən varlı adamı oldu.

Gunaz.az xəbər verir ki, Belçikada yaşayan Luc Mahieux adlı şəxs bank işçisinin səhvinə görə 2 saat müddətində dünyanın ən varlı adamına çevrilib.

Belə ki, Dinant qəsəbəsində sadə bir həyat tərzi keçirən şəxs kredit kartının limitini dəyişmək üçün banka müraciət edib. Hesabından birbaşa kəsilən 35 avroluq ödənişin dayandırılmasını istəyib. Bank avtomatik ödənişi dayandırdıqdan sonra hesabdan kəsilən pulu geri qaytarmaq istəyib.

Lakin bank işçinin səhvinə görə şəxsin hesabına 35 avro əvəzinə 2 trilyon 35 avro pul köçürülüb. Hesabını yoxlayan şəxs nə baş verdiyini anlamayıb.

Nə baş verdiyini anlamaq üçün dərhal banka müraciət edib. Bank səhvi bərpa edərək 2 trilyon pulu geri alıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ