SON DƏQİQƏ
» » Naxçıvanda eneolit dövrünə aid unikal tapıntı

Naxçıvanda eneolit dövrünə aid unikal tapıntı

Tarix:

19-12-2017, 19:27

/ 1 061 dəfə oxundu.
Naxçıvanda eneolit dövrünə aid unikal tapıntı

AMEA Naxçıvan Bölməsi ilə Fransa Milli Araşdırmalar Mərkəzinin Şərur rayonunun Ovçular təpəsi qədim yaşayış yerində birgə apardığı qazıntılar zamanı Naxçıvanın milli geyim kolleksiyasına aid qızıl boyunbağı tapılıb.

Gunaz.az xəbər verir ki, Qafqaz ərazisində tapılan ən qədim qızıl əşya olan bu tapıntı bütövlükdə Qafqaz arxeologiyası, etnoqrafiyası, dekorativ-tətbiqi sənətləri tarixində yeni səhifə, xüsusilə Azərbaycan zərgərlik sənəti və milli geyim mədəniyyətində yeni bir nüsxədir.

Tədqiqatçılar qızıl boyunbağını Son Eneolit dövrünə aid edirlər. Boyunbağı qədim dövr üçün xarakterik olan çəngəlşəkilli başlıqlı bəzək əşyaları qrupuna daxildir. Ağımtıl sarı rəngli boyunbağının eni 6 millimetr, diametri 18 santimetrdir.(Kult.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ