2018 Sarı İti ili üzərində təhvil olacaq. İlin hamisi Oğlaqlara, Əqrəblərə və Dolçalara mərhəmət göstərəcək, halbuki, ilk ayların onlar üçün çətin keçəcəyi proqnoz edilir.
2017-ci ilin sonunda Şirlərə və Əkizlərə hansı istiqamətdə irəliləmək haqqında müəyyən işarələr göndıriləcək. Onlar yeni nailiyyətlər əldə etməyə müvəffəq olacaq. Qoçlar ailə səadətinə qovuşacaq, Qızlar və Xərçənglər isə əksinə yaxınlarının rəğbətini itirmək risk ilə qarşılaşacaq.
Gunaz.az bu yazıda oxucuları məşhur astroloq Tamara Qlobanın bürclər haqqında 2018-ci il üçün hazırladığı proqnozları ilə tanış edir.
Qoç
İt ili yeni təşəbbüslər və yeni işə başlamaq istəyən, ali məktəbə daxil olmağı planlaşdıran Qoçlar üçün uğurlu olacaq. Dəyişikliklər mütləqdir. 2018-ci ildə Qoçlar daha təmkinli davranacaq, macəralara atılmağı dayandıracaqlar, bütün qüvvələrini və pulunu şübhəli layihələrə yatırmayacaqlar. Onlar ilin simvolunun təsiri altında öz coşqun enerjisini düzgün istiqamətə yönləndirəcək. Səfərlər dünyagörüşünü genişləndirəcək, həmçinin sevinc və yeni emosiyalar bəxş edəcək.
Buğa
Buğalar üçün 2018-ci il ailə birliyinin əhəmiyyəti ilə yadda qalacaq və bunda onlara Sarı İt kömək edəcək. Sizə tövsiyə edilir ki, gələn il doğmalarınıza qarşı diqqət və qayğını ərigəməyəsiniz. Sizin başınız bütün ili müxtəlif sahələrdə uğurlar əldə etməyə qarışanda ailəniz sizin üçün darıxmaqla məşğul idi. Bir də ulduzlar bildirir ki, ilin əvvəlində rəhbərlik Buğalara vəzifənin yüksəldilməsi və ya karyerada cəlbedici təkliflər ediləcək. İmtina etməyin, şansınızın astanasındasınız.
Əkizlər
Şən və qayğısız Əkizlər Sarı İt ilinin təsiri altında düşünəcəklər ki, əldə etdikləri sinirlərinə və xərclədiyi enerjisinə dəyərdimi? Ehtiraslı 2017-ci il müdrik və məqsədyönlü 2018-ci illə əvəz olunacaq. Ona görə də Əkizlər üçün dəyərlərin yenidən qiymətləndirilməsi dövrü başlayacaq. İt ili onlar üçün ən uğurlu dövr olacaq. İmkanları qiymətləndirin, şəxsi təhsil və biliyinizi inkişaf etdirməklə məşğul olun. Taleyinizi və işinizi dəyişmək şansınız var, hansı ki, sizə yeni qazanclar gətirəcək.
Xərçəng
Bu bürc altında dünyaya gələn insanların həyatı heç vaxt asan olmayıb. Bəlkə də, ona görədir ki, Xərçəng bürcünün nümayəndələri çox qapalı olur. Bununla belə onlar uşaqlarının və yaxınlarının ən sadiq və ən yaxşı dostlarıdır, sevdiklərinin hər zaman qayğısına qalırlar. 2018-ci il Xərçənglər üçün çətin olacaq. Başqa şəhərə, hətta başqa ölkəyə köçmək lazım gələcək. Bəziləri üçün işin itirilməsi, digərləri üçün təhsildə və ya karyerasında üzləşdiyi uğursuzluq güclü zərbə olacaq. Amma özünəinamlı Xərçənglər xeyirxah və sadiq Sarı İtin köməyi ilə bütün sınaqlardan keçəcək və istənilən məsələdə çıxış yolu tapacaqlar. Unutmayın ki, uzun məsafələrdə itlər yaxşı yoldaşlıq edir.
Şir
Şirlər öz bacarıq və gözəlliyi ilə diqqət mərkəzində olmağa öyrəşib, 2018-ci ildə daha baxımlı olacaqlar. Amma həddən artıq arxayınçılıq onlarla pis zarafat edə bilər. İlin əvvəli onlar üçün uğursuzluq və lazımsız risklərlə yadda qalacaq. Odur ki, bütün qərarları diqqətlə ölçüb-biçmək və emosiyaları nəzarətdə saxlamaqda fayda var.
Qız
Qız bürcləri çox çalışqan insanlardır, lakin son 3 il onlar üçün ağır keçib. Pillələrlə yuxarı dırmanmaq üçün onların daim öz fikirlərini müdafiə etmək və doğmalarına diqqət göstərməsi lazım gəlirdi. Amma İt onların həyatına sevinc gətirəcək, bu bürc nümayəndələri nəhayət, başa düşəcəklər ki, onların zəhməti hədər getməyib və bunun bəhrəsini görmək vaxtı yetişib. İt onları karyera və maliyyə sevincləri, taleyüklü dəyişikliklərlə və mütləq sevgi ilə mükafatlandıracaq. Elə düşünməyin ki, il çox rahat keçəcək, amma o, səmərəli olacaq və özünü xoşbəxt hiss etmək imkanı verəcək.
Tərəzi
Hər zaman şübhəli Tərəzilər üçün 2018-ci il daha çətin olacaq. Bu xoş və qalmaqalsız insanlar bir qayda olaraq mübahisəyə girmir və münaqişə edənlərin tərəfinə keçmirlər. Amma İt ilində yaxınlarının problemlərini həll etmək üçün qərarlar qəbul etməli olacaqlar. Narahat olmayın, Sarı İt sizin tərəfinizdə olacaq, ancaq nəzarət edin ki, mülahizələr boşa getməsin. Artıq ilin əvvəlində Tərəzilər öz qərarlarının düzgün olmağına şübhə etməyəcəklər.
Əqrəb
Tez-tez elə təəssürat yaranır ki, Əqrəblər soyuq və rəhmsiz insanlardır. Əslində bu zodiak işarəsinin nümayəndələri çox incə xarakterə və cəlbedici enerjiyə malikdir, eyni zamanda məhəbbətlə doludur. İt ili onlara öz hisslərini göstərməyə kömək edəcək, odur ki, Əqrəblər yeni münasibətlərə və sevgi əlaqələrinə başlaya, hətta nikah bağlaya bilərlər. Əqrəblərin daha bir xarakterik cəhət ondan ibarətdir ki, məqsədə doğru mətanət və inadla getməyi bacarır. Bu da Əqrəblərə qələbə qazanmağa və daha uğurlu olmağa, o cümlədən yeni zirvələri fəth etməyə kömək edəcək. Sarı İt onların yalnız ən yaxşı keyfiyyətlərini artıracaq.
Oxatan
Xoruz ili Oxatanlar üçün çox uğurlu, sevincli keçib, çox xoşbəxt dəqiqələr hədiyyə edib. Bundan başqa, bu bürcün nümayəndələri əsas prioritetlərini və həyatdakı doğru yolunu artıq müəyyənləşdiriblər. Sarı İt ilində isə optimizm yalnız artacaq. Səyahətlər yeni sevinclər, tanışlıqlar və xoş təəssüratlar gətirəcək. Sizin öz bilik və istedadınızı göstərmək üçün yeni imkanlarınız yaranacaq, bu da ətrafdakıları razı salacaq. İt ilində onlar ən ağlasığmaz layihələri uğrunda cəsarətlə mübarizə apara bilər və Tamara Qlobanın proqnozu əmin edir ki, onlar planlarını ən yüksək səviyyədə həyata keçirəcəklər.
Oğlaq
Əvvəlki il Oğlaqlar üçün üçün qeyri-sabit oldu. Onlar gah yüksəkliyə qalxır, gah da aşağı düşürdülər. Nəticədə sərf etdikləri əmək heç olurdu. Xoruz ilində elə görünürdü ki, uğur Oğlaqların evini tərk edib və bir daha qayıtmayacaq. Xoşbəxtlikdən İt ili müsbət təsirini göstərəcək, inam, sabitlik və mənəvi rahatlıq yaranacaq. Oğlaqlar özlərini daha itirməyəcək, onlara xas cəsarət və inadla irəli gedəcəklər. Əlbəttə ki, buna görə mükafatlandırılacaqlar. Düzdür, bunun üçün toplanmış müsbət və mənfi təcrübələrdən üzgün istifadə etmək lazımdır.
Dolça
Sarı İt ili Dolçalar üçün əvvəlcə çox uğurlu başlayacaq. Hər şey öz-özünə həll olacaq, həm ailəyə, həm də işə ayırmağa vaxt və qüvvə tapılacaq. Təəssüf ki, əmin-amanlıq ilin ortalarında başa çatacaq. Bu zaman Dolçalar qarşısına qoyduğu ciddi məqsədlərin həllində qərar verməli olacaq. Məsələn, xəyal etdikləri maşın və ya mənzil almaq barəsində dilemma arasında qalacaqlar. Bütün vaxtını işə sərf edən Dolçalar ailə üzvləri və dostları ilə yaxşı münasibətlərini riskə atacaqlar. İlin ikinci yarısı əsl dönüş olacaq, çünki mühüm qərarlar qəbul etməli olacaqlar. Eyni zamanda onu da unutmayın ki, it sizin tərəfinizdədir, lakin ehtiyatsız hərəkət etmək olmaz.
Balıq
Balıq üçün maliyyə baxımından uğurlu il olacaq. Yumşaq və mərhəmətli Balıqlar doğmaları, yaxınları və uşaqları üçün pul əsirgəmirlər. Amma İt ilində Balıqlar başqalaırndan asılı olmayaraq bir yol seçməli və müstəqil hərəkət etməli olacaqlar. Qorxmayın, 2018-ci ildə istənilən işin qulpundan yapışın, hətta bir neçə layihə üzərində çalışın. Lazım olmayan şeylər aradan qaldırılacaq, seçilmiş istiqamət isə həlledici olacaq. Amma doğmalarla fikir ayrılığı fonunda ciddi münaqişələr yarana bilər.//publika.az