SON DƏQİQƏ

Dünya düşündüyümüzdən daha çox isinəcək

Tarix:

2-08-2017, 07:43

/ 3 780 dəfə oxundu.
Dünya düşündüyümüzdən daha çox isinəcək

Qlobal istiləşmənin XXI əsrin sonuna qədər 2 dərəcədən çox artması gözlənilir.

GUNAZ.az xarici mediaya istinadla xəbər verir ki, bir-birindən tamamilə fərqli və əlaqəsiz iki üsulla aparılan araşdırmanın nəticəsində bu qənaətə gəlinib. Hər iki araşdırmanın nəticəsi "Nature Climate Change” jurnalında yayımlanıb.

Jurnalın yazdığına görə, Vaşinqton Universitetinin professoru Adrian Rafterinin rəhbərliyi ilə aparılan araşdırmada əsrin sonunda dünyada orta temperaturun 2-4.9 dərəcə artma ehtimalının olduğunu irəli sürülüb. Alimlər bu ehtimalın gerçəkləşəcəyinə 95 faiz əmin olduqlarını bildirib. Dünyada temperaturun 1.5 dərəcə artması ehtimalı isə 1 faizdir. A.Rafteri orta temperaturun 3.2 dərəcə olacağını proqnozlaşdırıb.
Max Plank Meteorologiya İnstitutundan Torsten Mauristenin rəhbərliyi ilə aparılan araşdırmada isə bildirilir ki, bu gündən yanacaqdan istifadə dayandırılsa da, 2100-cü ildə orta temperatur 2 dərəcə artacaq. Bu araşdırma qrupu da əsrin sonuna qədər temperaturun 3 dərəcədən çox artacağını bəyan edib.
Ərtaf mühitin mühafizəsi təşkilatlarının nümayəndələri hər iki araşdırmanın nəticələrinin ABŞ prezidenti Doland Trampın Paris Anlaşmasından geri çəkilməsindən öncə aparıldığına diqqət çəkiblər.
Paris Anlaşmasında qlobal istiləşmənin əsrin sonuna qədər 1.5-2 dərəcə arasında artacağı göstərilib.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ