SON DƏQİQƏ
» » Evakuatorda gedən maşın necə radara düşüb? - FOTO

Evakuatorda gedən maşın necə radara düşüb? - FOTO

Tarix:

17-05-2017, 14:29

/ 594 dəfə oxundu.
Evakuatorda gedən maşın necə radara düşüb? - FOTO


Sosial şəbəkələrdə evakuatorda yük kimi daşınan maşının radara düşməsini əks etdirən fotolar yayılıb. Bu, insanlar tərəfindən birmənalı qarşılanmayıb. Çoxları bunu gülüşlə qarşılayıb.
Femida.az məsələnin hüquqi tərəfinə aydınlıq gətirib. Qeyd olunan hal necə baş verə bilər?
Mövzu ilə bağlı Femida.az-ın suallarını cavablandıran hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, qeyd olunan maşının radara düşməsində qeyri-adi bir hal yoxdur. 
" Bildiyiniz kimi protokollar elektron qaydada tərtib olunur. Yəni, burada hər hansı şəxsin müdaxiləsi mümkün olmur. Həmin vaxt evakuatorun sürücüsü görünür ki, sürət həddini aşıb. Həmin qurğu da avtomatik olaraq yük kimi aparılan maşının nömrəsini qeydə alıb.”



Sürücü yazılmış cəriməni ödəməlidirmi?
Hüquqşünas qeyd edib ki, həmin protokolun ləğvi üçün sürücü Baş DYP İdarəsinə ərizə ilə müraciət etməlidir.
" Məlum olduğu kimi həmin avtomobil yük kimi evakuatorla daşınıb. Yükə isə cərimə yazmaq mümkün deyil. Həmin protokolun ləğvi üçün sürücü Baş DYP İdarəsinə müraciət etməlidir və protokol müzakirəsiz ləğv edilməlidir. Həmçinin, evakuatorun sürücüsü sürət həddini aşdığı üçün cərimələnməlidir.”

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ