Evakuatorda gedən maşın necə radara düşüb? - FOTO
Sosial şəbəkələrdə evakuatorda yük kimi daşınan maşının radara düşməsini əks etdirən fotolar yayılıb. Bu, insanlar tərəfindən birmənalı qarşılanmayıb. Çoxları bunu gülüşlə qarşılayıb.
Femida.az məsələnin hüquqi tərəfinə aydınlıq gətirib. Qeyd olunan hal necə baş verə bilər?
Mövzu ilə bağlı Femida.az-ın suallarını cavablandıran hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, qeyd olunan maşının radara düşməsində qeyri-adi bir hal yoxdur.
" Bildiyiniz kimi protokollar elektron qaydada tərtib olunur. Yəni, burada hər hansı şəxsin müdaxiləsi mümkün olmur. Həmin vaxt evakuatorun sürücüsü görünür ki, sürət həddini aşıb. Həmin qurğu da avtomatik olaraq yük kimi aparılan maşının nömrəsini qeydə alıb.”