SON DƏQİQƏ
» » SOCAR Rusiyadan Gürcüstana qaz tranzitini təşkil edəcək

SOCAR Rusiyadan Gürcüstana qaz tranzitini təşkil edəcək

Tarix:

17-03-2021, 12:45

/ 3 759 dəfə oxundu.
SOCAR Rusiyadan Gürcüstana qaz tranzitini təşkil edəcək

"Şimali Qafqaz - Zaqafqaziya” magistral boru kəmərinin təmiri ilə əlaqədar Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən müvəqqəti qaz tədarükü məsələsinə Dövlət Neft Şirkəti (SOCAR) mübasibət bildirilib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov GünAz.az-a açıqlamasında təsdiqləyib ki, "Şimali Qafqaz - Zaqafqaziya” magistral boru kəmərində müvəqqəti təmir işləri aparılır.

"Bununla əlaqədar Rusiya tərəfi özünə məxsus olan təbii qazın Azərbaycan ərazisindən Gürcüstan ərazisinə tranzit nəqli ilə bağlı Azərbaycana müraciət etmiş, müvafiq ödəniş müqabilində Rusiya qazının Azərbaycan üzərindən Gürcüstana müvəqqəti tranzit nəqli ilə bağlı razılıq əldə olunub”, - deyə SOCAR rəsmisi qeyd edib.

Qeyd edək ki, Rusiyanın "Qazprom” şirkəti Ermənistana qaz tədarükünü "Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəməri vasitəsilə Gürcüstan üzərindən həyata keçirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ