SON DƏQİQƏ

SOCAR Belarusa 94 min ton neft göndərəcək

Tarix:

25-08-2020, 23:00

/ 1 554 dəfə oxundu.
SOCAR Belarusa 94 min ton neft göndərəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixlərində Belarusa 94 min ton neft tədarük edəcək. 

TASS xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov bildirib.

 

SOCAR rəsmisi qeyd edib ki, növbəti neft partiyasının tədarükü ilə bağlı bir neçə həftə əvvəl razılıq əldə edilib:

"Sabah və ya sonrakı günlərdə Türkiyənin Ceyhan limanından Belarusa 94 min ton həcmində Azərbaycan nefti göndəriləcək”.

Xatırladaq ki, bu ilin mart ayında SOCAR Belarusa iki tanker Azərbaycan nefti göndərmişdi.


скачать dle 12.1

Şərhlər