SON DƏQİQƏ
» » SOCAR-ın rəhbər strukturlarında kadr islahatları gözlənilir

SOCAR-ın rəhbər strukturlarında kadr islahatları gözlənilir

Tarix:

26-01-2021, 12:34

/ 6 197 dəfə oxundu.
SOCAR-ın rəhbər strukturlarında kadr islahatları gözlənilir

Partiya sədri: "Prezidentin fərmanı ilə yaradılan Müşahidə Şurası nəhayət ki, SOCAR-ın nə üçün ziyanla işlədiyini müəyyən edəcək və buna son qoyacaqdır"

«Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzaladı. Fərmana əsasən ARDNŞ-nin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə 7 nəfərdən ibarət SOCAR-ın Müşahidə Şurası yaradıldı və onun səlahiyyətləri müəyyən edildi». Bunu Təkamül Partiyasının sədri Teyyub Qənioğlu "Azad Azərbaycan"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Müşahidə Şurasının səlahiyyətləri sırasında ən mühümü SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirməkdir.

T.Qənioğlu bildirib ki, 1994-cü ilin sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri”, "Çıraq”və "Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti ilə Saziş - "Əsrin müqaviləsi” imzalanmışdır (bu Saziş 2050-ci ilə qədər uzadılmışdır – red.)."Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Bunlardan əlavə SOCAR-ın tərkibində bir sıra törəmə şirkətlər yaradılıb: "Hal-hazırda Azərbaycanın neft yataqlarının birgə istismarına dair xarici şirkətlərlə, ümumilikdə 30-dan çox hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Təbiidir ki, HPBS-də iştirak edən xarici şirkətlərin hamısı kifayət qədər mənfəət əldə edirlər. Əks halda onlar Sazişdən imtina edərdilər. Necə olur ki, HPBS-də iştirak edən bütün xarici şirkətlər mənfəətlə, təkcə SOCAR ziyanla işləyir?"

Partiya sədri qeyd edib ki, SOCAR bir sıra xaric ölkələrdə onlarla yanacaqdoldurma məntəqələri açıb, qaz paylayıcı şəbəkələr yaradıb. Qardaş Tükiyədə bir neçə milyard dollar sərf edərək neftayırma zavodu tikir, amma Azərbaycanda neft emalı zavodunun yenidən qurulması üçün vəsait tapmır. Həm neftin, həm də qazın hasilatını, nəqlini, emalını, satışını həyata keçirir: "Məgər bütün bu fəaliyyətlərindən mənfəət əldə etmir? Mənfəəti yoxdursa nə üçün xarici ölkələrdə xeyriyyə tədbirləri həyata keçirir? Nəyə görə SOCAR-ın aldığı xarici kreditlər dövlət büdcəsi hesabına silinməlidir? Hansı əsaslı səbəblər vardır ki, SOCAR ƏDV-dən azad edilir? Bunlar azmış kimi, SOCAR-ın təklifi ilə, ciddi zərurət və əsaslandırma olmadan, benzinin və dizel yanacağının pərakəndə satış qyməti artırılıb və bu zəncirvari reaksiya doğuraraq xalq istehlakı mallarının qiymətlərinin durmadan artmasına təkan verir. Bu vətəndaşı dövlətdən narazı salmağa hesablanmayıb ki?»

T.Qənioğlu əlavə edib ki, SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Przedent İlham Əliyevin qeyd edilən fərmanı ilə yaradılan Müşahidə Şurası nəhayət ki, SOCAR-n nə üçün ziyanla (?) işlədiyini müəyyən edəcək və buna son qoyacaqdır. Yəqin Prezidentin bu fərmanının ardı da olacaq və SOCAR-ın rəhbər strukturlarında çoxdan gözlənilən kadr islahatları davam edəcəkdir: «Bunu iqtisadiyyatı hələ də neft amilindən asılı olan Azərbaycanımızın ümdə mənafeyi tələb edir».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ