SON DƏQİQƏ

Ələkbərovdan neft proqnozu: 60 dollar...

Tarix:

24-10-2019, 13:59

/ 529 dəfə oxundu.
Ələkbərovdan neft proqnozu: 60 dollar...

Orta müddətli perspektivdə neftin qiyməti 60 dollar olaraq qalacaq.

Bunu TASS-a müsahibəsində "Lukoyl” rəhbəri Vahid Ələkbərov deyib.

"Hesab edirik ki, bazar bu gün stabildir. Yaxın illərdə bazar bizim bu il üçün proqnozlaşdırdığımız göstəriciləri nümayiş etdirəcək. Bu isə təxminən 60 dollar deməkdir”, – deyə o bildirib.

Ələkbərov, həmçinin, yenidən "OPEK+” çərçivəsində neft hasilatı ixtisarının artırılmasına qarşı çıxıb.

скачать dle 12.1

Şərhlər