SON DƏQİQƏ

Neft naziri: ABŞ-ın arzusu gözündə qalacaq

Tarix:

25-09-2018, 11:27

/ 10 316 dəfə oxundu.
Neft naziri: ABŞ-ın arzusu gözündə qalacaq

"ABŞ İran neftini dünya bazarlarından yığışdıra bilməyəcək".

GunAz.az  xəbər verir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngənə deyib.

Nazir ortamüddətli perspektivdə bunun mümkün olmadığını bildirib: "Birləşmiş Ştatların qısamüddətli perspektivdə İrandan neft ixracını sıfıra endirmək planı var. Lakin ABŞ-ın bu arzusu həyata keçməyəcək".

B.N.Zəngənə qeyd edib ki, Prezident Donald Trampın OPEK-dən neftin qiymətinin azaldılması ilə bağlı tələbi sentyabrın 23-də Əlcəzair görüşündə müsbət qarşılanmadı: "Görüş iştirakçıları neft hasilatının artırılmasına zərurət görmədilər".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ