SON DƏQİQƏ

Nazirlikdən bu şəxslərə ŞAD XƏBƏR

Tarix:

6-02-2019, 13:06

/ 10 323 dəfə oxundu.
Nazirlikdən bu şəxslərə ŞAD XƏBƏR

Fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacaq. Artıq fermerlər müvafiq texnikanı güzəştli qiymətlərlə təkcə “Aqrolizinq”dən deyil, bütün təchizatçı şirkətlərdən ala biləcəklər. 

GunAz.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, texnikanın gömrük dəyərinin 20 faizini ilkin ödəniş olaraq fermer, 40 faizini isə subsidiya (güzəşt) şəklində Aqrar Kredit və İnkişaf Agentliyi ödəyəcək.

Qiymətin qalan hissəsi bankda maksimum beş il müddətinə kredit şəklində rəsmiləşdiriləcək.  Kredit faizlərini isə fermer deyil, dövlət ödəyəcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovdan aldığımız məlumata görə, əvvəllər, məsələn, “A” şirkətindən özünə texnika götürən şirkət avadanlığın qiyməti nə idisə, onu öz vəsaiti hesabına ödəyirdi, yalnız “Aqrolizinq”dən alanda güzəşt tətbiq olunurdu. İndi isə fermer istənilən təzhizatçı şirkətdən texnikanı ala bilər və eyni, dövlətin 40 faizlik güzəştindən istifadə etmək imkanı qazanıb.

скачать dle 12.1

Şərhlər